Mərkəzi Bank "SF Azerbaijan” BOKT MMC-nin (Manato brendi) və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Mərkəzi Bankı "İcraçı Kredit Agentliyi"ni - CƏRİMƏ ETDİ
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı MMC və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) və 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.
Ötən ilin Avqust ayında da Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
"Manato" onlayn qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, "Manato" kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 və ya 45 günlük müddətə 50 AZN-dən 500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.