"Aqrarkredit" QSC BOKT (VÖEN – 1300025711) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti "Aqrarkredit" QSC BOKT-nın inzibati binasının və filiallarının giriş hissələrində keçid-nəzarət sisteminin quraşdırılması işlərinin satınalınmasıdır. Ehtimal olunan qiymət 15 min 689 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı və zərflərin açılışı 19 yanvar 2026-cı il, saat 18:00-da keçiriləcək.
İştirak haqqı 31,38 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Anar Vahubov - Satınalmalar şöbəsinin müdiri [email protected] +994 12 538 72 93
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 19 yanvar 2026-cı il, saat 18:00-a qədər Qədirli 125 ünvanına təqdim edə bilərlər.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Açılan qanadlı turniket sistemi |
2 keçid hissəli. Lokal, şəbəkə və biometrik girişə-nəzarət cihazları ilə inteqrasiya oluna bilmə funksiyalı, elektromexaniki idarə sisteminə sahib giriş-çıxış açılan qanadlı turniket sistemi. |
1 |
ədəd |
|
2 |
Biometrik girişə-nəzarət cihazı |
Üz-tanıma və kart oxuyucu modullu, sensor ekranlı. Üz tutumu yaddaşlı və həm lokal loglama, həm də şəbəkə ilə sinxronizasiya funksiyalı. |
4 |
ədəd |
|
3 |
Biometrik girişə-nəzarət cihazı üçün kronşteyn |
Biometrik girişə-nəzarət cihazlarının turniket sistemlərinin üzərinə bərkidilməsi üçün. |
4 |
ədəd |
|
4 |
Məhəccər arakəsmələr və elektromexaniki qapı |
Məhəccər arakəsmələrinin bir hissəsində maneəsiz keçid təmin etmək məqsədilə açılıb-bağlanan keçid qapısı quraşdırılmalıdır; qapı mexanizmi elektromexaniki kilidləmə sistemi ilə təchiz edilməlidir. Uzaqdan idarəoluna bilən olmalıdır. |
10 |
m |
|
5 |
Təmir komplekti |
Elektrik kabelləri; plastik/metal trank sistemi; RJ45 konnektor komplekti; bərk montaj aksessuarları və digərləri. |
1 |
dəst |
|
6 |
Quraşdırma, montaj, proqram işləri və ezam xərcləri |
Turniketin quraşdırılması; biometrik terminalların sütuna montajı; elektrik xətlərinin çəkilməsi; sistem inteqrasiyası (turniket + biometrik terminallər); məhəccər keçid mexanizminin quraşdırılması; lisenziya modullarının (qapı kontrol, davamiyyət) quraşdırılması; sistem sazlanması; nəqliyyat, mobilizasiya xərcləri; sistem təslimi və istismara verilmə. |
1 |
ədəd |
|
7 |
Filiallar üçün biometrik girişə-nəzarət cihazı |
11 filial: Salyan, Şamaxı, İmişli, Xaçmaz, Ucar, Qazax, Şəki, Gəncə, Bərdə, Lənkəran, Naxçıvan. Üz-tanıma və kart oxuyucu modullu, sensor ekranlı, üz tutumu yaddaşlı və həm lokal loglama, həm də şəbəkə ilə sinxronizasiya funksiyalı. |
11 |
ədəd |
|
8 |
Filiallar üçün təmir komplekti |
Filiallarda biometrik üztanıma cihazlarının quraşdırəlması zamanı istifadə olunacaq elektrik kabelləri; plastik/metal trank sistemi; RJ45 konnektor komplekti; bərk montaj aksessuarları və digərləri. |
11 |
dəst |
|
9 |
Filiallarda quraşdırma, montaj, proqram işləri və ezam xərcləri |
11 filial üzrə hər bir filialda biometrik cihazın giriş hissəsinə montajı; elektrik xətlərinin çəkilməsi və sazlanması; sistem inteqrasiyası; filiallara ezam (mobilizasiya) və nəqliyyat xərcləri; və digər müvafiq xərclər. |
11 |
ədəd |











