“PRO Kredit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 2022-ci ildə BOKT-un faiz gəlirləri 109 min manat (20%) azalma ilə 432 min manat olub.
Faiz xərcləri isə 213 min manat yaxud 3 dəfəyə yaxın azalaraq 111 min manat olub. Nəticədə 2022-ci ildə “PRO Kredit” BOKT-un xalis faiz gəlirləri 328 min manat təşkil edib.
Ötən il BOKT-da əmək haqqı xərcləri 87 min manat olub – 33 min manat artıb. Digər inzibati və əmliyyat xərcləri isə 8,5 dəfəyə yaxın azalmaqla 11 min manat təşkil edib. Qeyri faiz xərclərinin cəmi isə ümumilikdə 164,9 min manat olub.
Vergidən əvvəlki mənfəət 47 min manat olub. BOKT bu dəfə vergi ödəməyib və illik xalis mənfəəti də 47 min manat təşkil edib. 2021-ci illə müqayisədə BOKT-un xalis mənfəəti 8 min manat və ya 19% artıb.
2022-ci ildə “PRO Kredit” BOKT şirkətinin aktivləri 239 min manatdan çox yaxud təqribən 8% azalaraq 2 milyon 875 min manata düşüb.
Aktivlərin böyük hissəsini - 2 milyon 744 min manatını kreditlər təşkil edir – 95%.
Maraqlıdır ki, 2021-ci ildə şirkətin kredit portfeli ümumiyyətlə olmayıb, əvəzində “PRO Kredit” BOKT-un 2 milyonq manatdan çox debitor borcu olab ki, şirkət onların hamısını 2022-ci ildə uğurla toplayıb.
Şirkət öhdəliklərini də 148 min manatdan bir az çox, yəni 7,5% azaldaraq 1 milyon 817 min manata endirib.
Bunun 827 min manatını alınmış kreditləri təşkil edir. Bu rəqəm 2021-ci illə müqayisə edəndə 344 min manatdan çox, başqa sözlə 29% azalıb.
Digər öhdəliklərin həcmi 806 min manat olub
2022-ci ildə “PRO Kredit” BOKT-un kapitalı 91,2 min manata yaxın və ya 7,9% azalaraq təxminən 1 milyon 60 min manatadək düşüb.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 milyon 100 min manat olaraq qalıb. Ehtiyatlarda da dəyişiklik qeydə alınmayıb və 1 milyon 485,7 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 42 min manat zərərə çevrilib, Halbuki şirlkət əvvəlki ili 49 min manat mənfəət əldə etmişdi.