Azərbaycanda dörd bank olmayan kredit təşkilatının (BOKT) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər bunu deyir.
Eləcə də bax: “Baku Steel Company” və törəməsinin 1,3 milyon manat - VERGİ BORCU VAR
Məlumata əsasən bunlar, 1360.72 manatla “Gold Finance” BOKT MMC, 1067.5 manatla “Azinvestkredit BOKT” MMC, 347.86 manatla BOKT “Finans İnvest” MMC və 34.37 manatla “OMNİ Finance BOKT” MMC-dirlər.
Qeyd edək ki, bu borclar barədə son məlumat 8 iyun 2020-ci il tarixinə qədər olandır.
Ölkədə hazırda 43 BOKT fəaliyət göstərir.