Azərbaycan Mərkəzi Bankı (AMB) "City Finance" bank olmayan kredit təşkilatı (BOKT) və onların vəzifəli şəxsi cərimə edib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə sanksiyası qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunub.
AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə "City Finance" 20 min manat, onun vəzifəli şəxsi 2 min manat cərimələnib.