Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət tədbirləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Kredaqro"nun vəzifəli şəxsi 10 min manat cərimə olunub.













