Azərbaycanda mikromaliyyələşdirmə sahəsində fəaliyyət göstərən “KredAqro” BOKT MMC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.
"BOKT-ların istehlak kreditləri üzrə - Tələblər sərtləşdirilib
FED.az xəbər verir ki, Rurenko Oksana Vladimirovna Müşahidə Şurasının üzvlüyündən ayrılıb. Onun yerinə Cavadzadə Sədrəddin Tofiq oğlu Müşahidə Şurasının yeni üzvü seçilib.
Sədrəddin Cavadzadə həmçinin Azərbaycanda bankçılıq sahəsində fəaliyyət göstərən “TuranBank” ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür. O, 2024-cü ilin avqustunda üç il müddətinə bu vəzifəyə seçilib.
“TuranBank”ın Müşahidə Şurasında fəaliyyət göstərən S.Cavadzadənin “KredAqro”nun idarəetmə orqanına daxil olması təşkilatın rəhbərliyində son aylarda aparılan növbəti kadr dəyişikliyidir.
Qeyd edək ki, “KredAqro”nun Müşahidə Şurasının sədri Nazim Süleymanov, digər üzvü isə Emil Cəfərovdur. Şirkətin icraçı rəhbəri Nailya Kərimovadır. O, 2026-cı ilin sentyabrında bu vəzifəyə təyin edilib.
2025-ci ildə “KredAqro”nun mülkiyyətində də dəyişiklik baş verib. BOKT-nin 100%-lik payı Rusiyanın “AqroMost Finans” MMC-sindən Nikolay Smirnova keçib.
2025-ci ildə təşkilatın nizamnamə kapitalı 1 milyon manatdan 23,79 milyon manata yüksəlib. Kapital artımının 22,79 milyon manatlıq hissəsi səhmdarın yatırdığı vəsait hesabına təmin edilib.
“KredAqro” 2025-ci ili 2,23 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə 164 min manat zərər açıqlamışdı. Eyni dövrdə təşkilatın aktivləri 5,2 dəfə artaraq 53,17 milyon manata, kredit portfeli isə 5,7 dəfə böyüyərək 37,45 milyon manata çatıb. (banker)














