“Kəpəz” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
“M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı kredit təşkilatının hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 5 milyon 58 min manat olub. Bu, 2024-cü illə müqayisədə 655 min 912 manat və ya 14,9% artım deməkdir. Şirkətin faiz xərcləri 919 min 335 manat təşkil edib. Nəticədə xalis faiz gəlirləri 4 milyon 139 min manat olub ki, bu da, illik müqayisədə 610 min 298 manat (17,3%) çoxdur.
Hesabat dövründə şirkətin gözlənilən kredit zərəri üzrə ehtiyatlarının həcmi 418 min 420 min manat olub. Bu, 2024-cü ilə nəzərən 195 min 69 manat (87,3%) artım deməkdir. Digər gəlirlər də son bir ildə 146 min 213 manat (33,8%) artaraq 578 min 694 manata yüksəlib.
Ötən il şirkətin əməliyyat mənfəəti 4 milyon 299 min manat təşkil edərək, 2024-cü illə müqayisədə 561 min 442 manat (15%) çox olub. İnzibati və digər əməliyyat gəlirləri 1 milyon 647 min manata bərabər olub.
Bəhs olunan dövrdə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 2 milyon 652 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 530 min 569 manata bərabər olub. Nəticədə BOKT-un xalis mənfəəti 2 milyon 122 min manata çatıb ki, bu da, 2024-cü ildəki mənfəətdən 264 min 348 manat və ya 14,2% çoxdur.
2025-ci ilin sonunda “Kəpəz” BOKT-un aktivlərinin həcmi 14 milyon 787 min manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 2 milyon 681 min manat (22,1%) çoxdur. Aktivlərin artmasının əsas səbəbi müştərilərə verilmiş kreditlərin həcmində artımın olması ilə bağlıdır. Belə ki, müştərilərə verilmiş kreditlərin həcmi son bir ildə 1 milyon 573 min manat (14,7%) artaraq 12 milyon 238 min manata yüksəlib.
Ötən ilin sonuna kredit təşkilatının öhdəlikləri isə 7 milyon 352 min manat təşkil edib. Öhdəliklərin böyük hissəsi - 4 milyon 496 min manatı buraxılmış borc qiymətli kağızlarından olub.
Yekun olaraq “Kəpəz” BOKT-un 2025-ci ilin sonunda cəmi kapitalı 7 milyon 436 min manata çatıb. Bu, 2024-cü ilin sonundakı göstəricidən 2 milyon 122 min manat (39,9%) çoxdur.








![“Kəpəz” BOKT-un xalis mənfəəti artır – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/3414644.jpg)
![“Kəpəz” BOKT-un xalis mənfəəti artır – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/2748326.jpeg)
![“Kəpəz” BOKT-un xalis mənfəəti artır – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/978393.jpeg)
![“Kəpəz” BOKT-un xalis mənfəəti artır – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/2106987.jpeg)
![“Kəpəz” BOKT-un xalis mənfəəti artır – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/3615018.jpeg)








