Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilk dəfə olaraq Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) barədə statistik məlumatları açıqlayıb.
FED.az xəbər verir ki, Palatanın açıqlamasına görə, hazırda ölkədə 92 bank olmayan kredit təşkilatı var ki, onlardan 47-si kredit ittifaqlarıdır.
Eləcə də bax: Azərbaycanda ən çox böyüyən və kiçilən BOKTlar - SİYAHI - GÖSTƏRİCİLƏR
BOKT-ların 91-i özəl, 1-i isə dövlətə məxsusdur (Aqrar Kredit).
Ölkədə 7 BOKT-da xarici kapitalın iştirakı var, bunların hamısında xarici kapital nizamnamə kapitalında 50%-dən çox paya malikdir.
İlin əvvəlindən indiyədək iki BOKT lisenziya alıb, 14 BOKT-un isə lisenziyası tələblərə cavab vermədiyindən geri çağrılıb
Hazırda Azərbaycandak BOKT-ların 213 filialı, 2043 işçisi var.
Maliyyə xidmətləri göstərən Azərpoçt isə 63 filiala və 1113 poçt şöbəsinə malikdir.