Füzuli rayonunda qeydiyyatda olan kredit ittifaqı “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin rəhbəri dəyişib.
“AzFinans” BOKT-un - RƏHBƏRİ DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Hüseynov Şakir Sərxan oğlu “Hikmət-Ziya Kİ”nın İdarə Heyətinin sədri təyin edilib.
Ş.Hüseynov bu vəzifədə Quluzadə Daşqın Məhərrəm oğlunu əvəzləyib.
“Hikmət-Ziya Kİ” 2007-ci ildə Füzuli rayonun Horadiz şəhərində dövlət qeydiyyatına alınıb. Kİ-nin nizamnamə kapitalı 4 800 manatdır. Kredit bazarında çıxış etmək üçün rəsmi Mərkəzi Bankdan lisenziyası var.
1 yanvar 2023-cü ilin audit hesabatına görə onun 229 020 manat kredit portfeli var.
Xatırladaq ki, qanunvericiliyə görə Kredit İttifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, idarə heyəti və kredit komissiyası tərəfindən idarə olunur.