Azərbaycanın qeyri-bank sektorunun aparıcı nümayəndələrindən olan «FİNOKO» BOKT 2023-cü il üzrə heabatına açıqlayıb.
FED.az xəbər verir ki, ötən il BOKT mənfəətlə işləyib, böyüyüb, gəlirləri isə artıb.
Hesabata əsasən, 2023-cü ildə «FİNOKO» BOKT-un faiz gəlirləri 6 milyon 582 min manat, faiz xərcləri isə 2 milyon 943 min manat olub. İlin nəticələrinə görə, BOKT-un xalis faiz gəliri 3 milyon 639 min manat olub.
BOKT bu vəsaitdən 704 min manat kredit zərərləri üçün ehtiyat ayırıb.
Ötən il «FİNOKO» BOKT-un haqq və komissiya gəlirləri 17 min manat, xərcləri isə 147 min manat təşkli edib. Bundan başqa, BOKT inzibati və sair əməliyyat xərclərinə 2 milyon 827 min manat xərcləyib.
Nəticədə şirkət 2023-cü ili 229 min manat xalis mənfəətlə tamamlayıb. Xatırladjaq kİ, 2022-ci ilin nəticələrinə görə, «FİNOKO» BOKT-un xalis mənfəəti 1,4 milyon manat olub.
2023-cü ildə «FİNOKO» BOKT sürətlə böyüyüb, onun aktivləri 2,3 milyon manat artaraq 33 milyon 387 min manat yüksəlib.
Bundan 23,5 milyon manat kredit portfeli, 2 milyon manat əmlak və avadanlıqlar, 6,3 milyon manat isə sair aktivlərdir.
2023-cü ilin nəticələrinə görə, «FİNOKO» BOKT-un öhdəlikləri 20,7 milyon manat, cəmi kapitalı isə 12,7 milyon manat təşkil edib. 2022-ci illə müqayisədə BOKT-un cəmi kapitalı 2,5 milyon manat yüksəlib.