“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı (BOKT) MMC-nin rəhbərliyinə yeni təyinat olub.
“FINCA Azerbaijan”ın rəhbərliyinə - YENİ TƏYİNATLAR
FED.az xəbər verir ki, Meral Kürdaş “FINCA Azerbaijan”ın Müşahidə Şurasına yeni direktor təyin edilib.
Meral Kürdaş, həmçinin 01 Fevral 2023-cü ildən "FİNCA Azerbaijan"ın Direktorlar Şurasının üzvüdür. O paralel olaraq Türkiyənin ən böyük səhiyyə qrupu olan Medical Park Group, ən böyük qida şirkəti Banvit/BRF və Türkiyənin aparıcı mebel şirkəti Koleksiyon Mobilya-da müstəqil idarə heyəti üzvü və risk komitəsinin rəhbəri kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur. (Apa)