“Finans İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 130 min manat zərərlə başa vurub.
Eləcə də bax: “Qafqaz-Kredit” BOKT-un vəziyyəti - Məlum Olub
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər veirr ki, bu, 2019-cu ilə nisbətən 29,7% azdır.
Bu il yanvarın 1-nə “Finans Invest"in aktivləri 2,054 milyon manat olub ki, bu da illik müqayisədə 7,9% azdır. Bunun 1,623 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18% böyüyüb.
Hesabat dövründə “Finans İnvest"in öhdəlikləri 7% azalaraq 718 min manata, balans kapitalı isə 8,3% azalaraq 1,336 milyon manata düşüb.
Xatırladaq ki, “Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.