Azərbaycanda dövlətə məxsus olan “Aqrarkredit” BOKT QSC-nin rəhbərliyinə yeni təyinat olub.
Eləcə də bax: “Para” BOKT-a rəhbərlik digər oğula tapşırılıb – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Allahverdiyev Ziyəddin Qulu oğlu BOKT-un Müşahidə Şurasının sədri təyin edilib.
60 yaşlı Ziyəddin Allahverdiyev həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri, Əmanətərın Sığortalanması Fondunun (ADIF) himayəçilər şurasının üzvidir. İki il öncəyəqədər isə dövlətin adından “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Audit Komitəsinin sədri vəzifəsində çalışıb.
Dövlətə məxsus kredit təşkilatının Müşahidə Şurasının əlavə iki üzvi var. Bunlar Elçin Nəcəfov və Yalçın Əzizovdur.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22.67 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur. BOKT ötən ili min manat xalis mənfəətlə başa vursa da, il ərzində aktivləri 2,6% azalmaqla 12 229.04 milyon manat olub.