“Qafqaz Kredit” bank olmayan kredit təşkilatının (BOKT) 2017-2018-ci illər üzrə göstəricilərində artım müşahidə olunur.
FED.az xəbər verir ki, təşkilatın aktivləri 2018-ci ildə 827 min 781 manat, 2017-ci ildə bu göstərici 781 min 106 manat olub. BOKT-un aktivləri 6% artıb.
Müştərilərə verilmiş kreditlər və avanslar 2017-ci ildə 652 min 927 manat, 2018-ci ildə isə 15% azalaraq 553 min 148 manat təşkil edib.
Təşkilatın cəm kapitalı 2017-ci ildə 780 min 943 manat, 2018-ci ildə isə 5,8% artaraq 826 min 635 manat olub.
BOKT 2017-ci ildə 17 min 937 manat zərərdə olub, 2018-ci ildə isə 45 min 692 manat mənfəətdə əldə edib.