«Viza Kredit» BOKT-un maliyyə vəziyyəti məlum olub.
FED.az BOKT-un hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna BOKT-un aktivləri 982 min 952 manat təşkil edib. Bu 2017-ci illə müqayisədə 2,13 dəfə azdır.
Eləcə də bax: “City Finance”BOKT-un vəziyyəti – MƏLUM OLDU
Azalan təkcə “Viza Kredit” BOKT-un aktivləri olmayıb. Həmçinin bank olmayan kredit təşkilatının öhdəlikləri də azalıb. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un öhdəlikləri 1 milyon 372 min manat və ya 57,71% azalaraq 1 milyon 005 min 752 manat təşkil edib.
2017-ci il müqayisədə BOKT-un kredit portfeli kəskin azalıb. Belə ki, 2018-də «Viza Kredit» BOKT müştərilərinə 875 min 515 manat kredit verib ki, bu da 2017-ci illə müqayisədə 2 dəfədən çox azdır. Xatırladaq ki, ötən il təşkilatın kredit portfeli 1 milyon 778 min 413 manat olmuşdu.
BOKT-un hesabat dövründə faiz gəlirləri 121 min 753 , faiz xərcləri isə 128 min 029 manat olub ki, nəticədə BOKT-un faiz zərəri 6 min 276 manat təşkil edib.
Ehtiyata ayırmalardan sonra BOKT-un xalis faiz xərci 555 min 143 manat təşkil edib.
Maliyyə təşikilatının digər gəlirləri 21 min 163 manat, inzibati və digər xərcləri isə 315 min 695 manat edib.
Nəticədə BOKTun 2018-ci il üzrə xalis zərəri 850 min 040 manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 213 min 853 manat və ya 33,43% çoxdur. BOKT mənfəət vergisi ödəməyib.
Ötən il «Viza Kredit» BOKT nizamnamə kapitalını 4,2 dəfə artıraraq 350 min manatdan 1 milyon 470 min manata qaldırıb.
Bununla yanaşı, şirkətin yığılan zərəri də kəskin artıb. Belə ki, ötən il 350 min manat nizimnamə kapitalına qarşı 642,7 min manat zərər yığılmışdısa, 2018-ci ilin nəticələrinə görə, 1 milyon 470 min manat nizamnamə kapitalına qarşı 1 milyon 492,8 min zərər yığılıb. Nəticədə şirkətin kapitalı 22 min manat mənfiyə düşüb. Hərçənd bu göstərici əvvəlki ildən 13 dəfə azdır.