Bank olmayan kredit təşkilatlarında (BOKT) çalışan işçilərin sayı son illər ərzində ardıcıl olaraq artım tendensiyası nümayiş etdirir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank olmayan kredit təşkilatlarında (BOKT) çalışanların sayı 2025-ci ilin sentyabrında 3 831 nəfər idisə, 2026-cı ilin sentyabrında bu göstərici 4 548 nəfərə yüksəlib. Bu da illik müqayisədə işçi sayının 717 nəfər (və ya 18.7%) artması deməkdir.
BOKT-da çalışanların sayı 2026-cı ilin 31 mart tarixində 4 229 nəfər təşkil etdiyi halda, həmin ilin 30 sentyabr tarixində bu göstərici 4 548 nəfərə yüksəlib. Bu da 2026-cı ilin mart ayı ilə müqayisədə sentyabr ayında işçi sayının 319 nəfər (və ya 7.5%) artması deməkdir.














