Azərbaycanın mikromaliyyə təşkilatları ölkədə həyata keçirilən sosial məsuliyyət təşəbbüslərində yaxından dəstək verirlər.
Eləcə də bax: Koronavirusla Mübarizəyə Dəstək Fonduna İctimai Nəzarət Şurası yaradılıb
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) məlumatına görə, ölkənin Bank Olmayan Kredit Təşkilatları (BOKT) Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşularaq, dövlət başçısının 19 mart tarixli fərmanı ilə yaralılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğdə vəsait köçürüblər.
Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayıran BOKT-lar aşağakılardır:
№ |
Təşkilatın adı |
Məbləği (manat) |
1 |
BOKT Aqrarkredit QSC |
100 000 |
2 |
BOKT PARA |
50 000 |
3 |
Prior Leasing OJSC |
50 000 |
4 |
BOKT FİNOKO ASC |
30 000 |
5 |
BOKT Embafinance |
20 000 |
6 |
BOKT TBC Credit |
10 000 |
7 |
BOKT Brand Credit |
10 000 |
8 |
BOKT International QSC |
10 000 |
9 |
BOKT Finex Kredit ASC |
5 207 |
10 |
BOKT İnkişaf üçün Maliyyə MMC |
5 000 |
11 |
BOKT Icraçı Kredit Agentliyi |
5 000 |
12 |
BOKT Merkuri QSC |
5.000 |
13 |
BOKT Azmikroinvest |
3 000 |
14 |
BOKT Asel Kredit |
3 000 |
15 |
BOKT Kəpəz LLC |
3 000 |
16 |
BOKT Fintrend QSC |
1 000 |
17 |
BOKT Falcon Finance MMC |
500 |
Xatırladaq ki, Prezident İlham Əliyev 19 mart tarixində əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı imzaladığı fərmana əsasən ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İndiyədək Fonda 111,8 milyon manatdan artıq vəsait toplanıb.