Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) cari ilin aprel-iyun aralığında öhdəliklərini azaltmağa daha çox meyilləniblər.
Eləcə də bax: Azərbaycanda 3 BOKT-nin - VERGİ BORCU VAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-lar son 3 ay ərzində ən çox borc azalması maliyyə institutları qarşısında baş verib. Bununla bağlı Mərkəzi Bankın rəmələrində qeyd edilir.
Cari ilin aprel, may və iyun ayları koronavirus pandemiyası səbəbindən “sərt karantinlə” bitib, bu da öz növbəsində BOKT-ların kreditləşmədə aktiv iştirakına əngəl olub. Bu isə BOKT-ların digər maliyyə institutları, qiymətli kağızların emissiyası və Mərkəzi idarəetmə orqanlarından (AMB, AKİA və s.) vəsait cəlbinə motiv saxlamayıb.
BOKT-lar cari ilin son 3 ayı ərzində maliyyə inistutlarından 34% (27.2 mln. AZN) , qiymətli kağızlar üzrə 10% (21.7 mln. AZN) və mərkəzi idarəetmə orqanlarından 7% (47.7 mln. AZN) cəlb edilmiş vəsaitlərin həcmi azalıb.
Lakin, BOKT-ların banklardan aldığı faizli borcların həcmi son üç ay ərzində 21 faiz və ya 9 mln. AZN artıb. Bu vəsaitlərin ümumi həcmi isə 56 mln. AZN olmuşdur.
Xatırladaq ki, 2019-cu il üzrə BOKT-ların banklardan cəlb etdiyi faizli borcların illik ödəniş faizi 15 və 20 faiz dərəcəsinə qədər dəyişib.