BOKT « EFfektinvest» MMC 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az illik hesabata istinadən xəbər verir ki, BOKT 2022-ci ili mənfəətlə başa vurub.
Hesabata əsasən ötən il BOKT-un ümumi gəlirləri 67,8 min manat, xərcləri 64,9 min manat təşkil edib.
2022-ci ilin sonuna BOKT-un aktivlərinin həcmi 1 milyon 461 min manat olub. Bunun 968 min manatı müştərilərə verilən kreditlərdir.
Şirkətin əsas vəsaitləri 326 min maat, digər aktivləri 166 min manat təşkil edib.
2022-ci ilin sonuna BOKT « EFfektinvest» MMC-nin cəmi öhdəlikləri 624 min manat təşkil edib. Bunun 520 min manatı maliyyə çektorundan cəlb edilən kreditlərdir.
BOKT-un cəmi kapitalı isə 836 min manat olub. Bundan 810 min manatı nizamnamə kapitalı, 26 min manat isə bölüşdürülməmiş mənfəət təşkil edir.
2022-ci ildə BOKT « EFfektinvest» MMC-in kredit portfeli üzrə faiz gəlirləri 15,8 min manat, digər gəlirləri 52 min manat təşkil edib.
Nəticədə ümumi gəlirlər 67,8 min manat olub. Şirkətmin xərcləri isə 64,9 min manat, o cümlədən əmək haqqı xərcləri 26,2 min manat olub.
Nəticədə BOKT « EFfektinvest» MMC 2022-ci ili 2,9 min manat xalis mənfəətlə tamamlayıb.
Şirkətin açıqladığı hesabatla bağlı auditorun şərhində bildirilir ki, BOKT-un rəhbərliyi gələcək ilin nəticələri ilə bağlı nikbindir və müəssisənin fəaliyyətini təkmilləşdirməyi planlaşdırır.
https://effektinvest.az/2022-2/