BOKT «Azəri Star Mikromaliyyə» MMC 2020-ci ilin yekunlarını və maliyyə hesabatını açıqlayıb.
FED.az hesabata istinadən xəbər verir ki, BOKT 2020-ci ildə sürətlə kreditləşməyə başlayıb, gəlirlərini 6,6 dəfə artırıb, zərərini isə kəskin azaldıb.
Hesabata əsasən, 2020-ci ildə BOKT «Azəri Star Mikromaliyyə» MMC-nin faiz gəlirləri 2019-cu illə müqayisədə 8 dəfə artaraq 16,2 min manat olub.
Şirkətin digər gəlirləri isə 18,4 milyon manat təşkil edib. Nəticədə BOKT-un ümumi gəlirləri 34,6 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 dəfə artıqdır.
Şirkətin inzibati xərcləri isə 2 dəfədən çox azalaraq 144 min manatdan 58 min manata düşüb. Nəticədə BOKT-un illik zərəri 6 dəfə azalaraq 150 min manatdan 23 min manata enib.
2020-ci ildə BOKT «Azəri Star Mikromaliyyə» MMC-nin cəmi aktivləri 327,1 min manat təşkil edib.
Ötən il BOKT hesabındakı nağd vəsaitləri kredit ayırmağa yönəldib. Nəticədə kredit portfeli tamamilə yenidən formalaşaraq 310 min manata yüksəlib.
Şirkətin cəmi kapitalı 323,5 min manat, öhdəlikləri 3,6 min manat təşkil edir.