“Azinvestkredit Bank Olmayan Kredit Təşkilati” MMC-nin İdarə Heyəti sədri (təkbaşına rəhbəri) vəzifəsindən azad edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeddi yaşlı “Azinvestkredit” bu günə qədər rəhbərlik edən Vəliyeva Səbinə Novruz qızı vəzifəsindən ayrılıb.
Eləcə də bax: “Azər Türk Bank”da - YENİ TƏYİNAT
Digər əldə etdiyimiz məlumata əsasən isə onu müvəqqəti vəzifə icraedicisi kimi Kərimli Nurlan İlqar oğlu əvəzləyib.
“Azinvestkredit” 2013-cü ildə yaradılıb, 500 min nizamnamə kapitalı var. Kapitalının əlli-əlliyə Tamara İsmayılova və Əkbər İsmayılov adlı rezident fiziki şəxslərə məxsudur. BOKT, biznes, istehlak və ipoteka kreditləri təqdim edir.