Azərbaycanda aktivləri sürətlə artan və azalan bank olmayan kredit təşkilatları (BOKT)lar məlum olub. FED.az xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə aktivləri faiz göstəricisi üzrə ən sürətlə artan BOKTlar “Kəpəz”(5,2 dəfə), “Effektinvest”(95,8%) , “FinEx kredit”(84,4%), “Finoko”(70,9%) və “International” (51,5%) BOKTlardır. Adları qeyd edilən BOKTların aktivləri 2017-ci illə müqayisədə 2018-ci ildə faiz 50%-dan çox artıb.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – AKTİVLƏRİNİN DİNAMİKASI - RENKİNQİ – SİYAHI (2017-2018)
Məbləğdə artım dinamikasına gəlincə isə göstərilən tarixlərdə aktivləri məbləğ üzrə ən çox artan BOKTlar “Finoko”(9 815,0 min manat artım), “EmbaFinans”(7 606,6 min manat artım), “FinEx kredit” (3 196,4 min manat artım) “International” (2 926,7 min manat artım) və “Effektinvest”(2 452,7 min manat)bank olmayan kredit təşkilatlarıdır.
2017-ci illə müqayisədə 2018-ci ildə faiz göstəricisi üzrə aktivləri azalan BOKTlar bunlardır: “MolBulak”(7.1 dəfə azalma), “TCF” (6.3 dəfə azalma), “Finca Azerbaijan” (2.5 dəfə azalma), “Viza Kredit”(2.1 dəfə azalma), “Parabokt”(-23,6%)
2017-ci illə müqayisədə 2018-ci ildə məbləğinə görə, ən çox aktivi azalan BOKTlar isə bunlardır: “Aqrarkredit QSC” (-706 367,0 min manat), “Parabokt” (-20 341,0 min manat), “Finca Azerbaijan” (-13 035,0 min manat), “MolBulak”(-9 967,0 min manat), “TCF”(-4 561,5 min manat)dir.
Məlumat üçün bildirək ki, BOKTların aktivləri üzrə araşdırma 45 BOKTdan 37-si arasında aparılıb. Buna səbəb isə 45 bank olmayan kredit təşkilatından "ASET Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" 2019-cu ildə yarandığından göstəricilər əks olunmayıb. Digər 5 BOKT, "Union Kredit", "City Finance", "Ekofinance", "FinTrend" və "Gold Finance" bank olmayan kredit təşkilatları maliyyə göstəricilərini açıqlamayıblar.