Azərbaycanda yeni yaradılan “ASET Maliyyə Texnologiyaları” bank olmayan kredit təşkilatı (BOKT) planlarını FED.az-la bölüşüb.
BOKT-dan FED.az-a verilən məlumata görə, hazırda qurumda təşkilatlanma prosesi gedir və BOKT 2020-ci ilin 1-ci rübündən aktiv fəaliyyətə başlayacaq.
Eləcə də bax: Azərbaycanda yeni - BOKT YARADILIB
“ASET Maliyyə Texnologiyaları”, bir BOKT-un təqdim edəcəyi bütün xidmətləri və xüsusilə də biznes kreditlərinə önəm verəcək - deyə bildirilib.
Maliyyə təşkilatının məlumatına görə, BOKT-un ilk fəaliyyət ilində Bakı və onun ətrafında fəaliyyət göstərməsi nəzərdə tutulur. Növbəti 3 il ərzində regionlarda bir neçə filialın açılması planlaşdırılır.
Qeyd edək ki, “ASET Maliyyə Texnologiyaları” BOKT 300 min manai nizamnamə kapitalı ilç fəaliyyətə başlayıb. BOKT-dan bildirilib ki, kreditləşmədə ilkin olaraq nizamnamə kapitalından istifadə olunması nəzərdə tutulur. Daha sonra isə əlavə vəsaitin cəlb edilməsi istiqamətində işlər aparılacaq. Gələcəkdə “ASET Maliyyə Texnologiyaları” BOKT tərəfdəş şirkətlərlə birliudə ixtisaslaşdırılmış kreditlər də verə bilər, hazırda tərəfdaş şirkətlərlə bu barədə danışıqlar aparılır.