Azərbaycanda yeni bank olmayan kredit təşkilatı yaradılıb.
Eləcə də bax: Azərbaycan BOKT-larının xalis mənfəəti - 3 Dəfə Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan kredit təşkilatı “Partner Finance Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
BOKT-un nizamnamə kapitalı Mərkəzi Bank tərəfindən tələb edilən minimal tələbə uyğun olaraq 300 min manatdır.
Məlumata görə, “Partner Finance BOKT”un direktoru Xəyyam Bağırov Zahid oğludur. BOKT Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov, ev 76, m. 31 hüquqi ünvanında qeydiyyata alınıb.