Azərbaycanda 8 ildir fəaliyyətdə olan “Falcon” Bank Olmayan Kredit Təşkilatı MMC-nin baş mühasibi və daxili audit xidmətinin rəhbəri dəyişib.
Eləcə də bax: Həsən Mehdizadə "Viza Kredit BOKT"dan - KƏNARLAŞDIRILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Daxili audit xidmətinin rəhəbəri Bayramova Aytac Talətdin qızı vəzifəsindən azad edilib. Onun yerinə Salmanova Şəfəq Hənfə qızı təyin edilib.
Baş mühasib Seyfullayev Malik Qardaşxan oğlu da vəzifəsindən azad edilib və onun yerinə Rzayeva Həmidova Azadə Taləddin qızı təyin edilib.
Qeyd edək ki, “Falcon” BOKT 2013-cü ildə yaradılıb və 500 000 manat nizamnamə kapitalı var. Kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev Brilyant Salmanovanın payları vardır.