Azərbaycanda nizamnamə kapitalı 61 milyon manat olan bank olmayan kredit təşkilatı təsis edilib.
28 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHI
FED.az xəbər verir ki, bu, “FintechCredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev Prospekti, ev 183, M ünvanında 22 yanvar 2025-ci il tarixdə qeydiyyata alınıb.
BOKT-yə Bilal Bilallı Hilal oğlu rəhbərlik edəcək. B.Bilallı “Azpul” BOKT MMC-nin baş mühasibidir. (Banker.az)