2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi öhdəlikləri 543,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
BOKT-ların cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 63,5 milyon manat, yəni 13,2%, ötən ilin sonuna nəzərən 6,5 milyon manat, yəni 1,2%, son rüblə müqayisədə isə 30,9 milyon manat, yəni 6,0% artıb.
Öhdəliklərin artımında əsas pay cəlb edilmiş vəsaitlərin üzərinə düşür. Bu vəsaitlərin həcmi 279,1 milyon manata çatıb. Bu, illik müqayisədə 76,7 milyon manat (37,9%), ilin əvvəlinə nəzərən 38,1 milyon manat (15,8%), son rüblə müqayisədə isə 25,8 milyon manat (10,2%) artım deməkdir. Bu vəsaitlərin tərkibində bank kreditləri bir ildə 74,5 milyon manat (54,3%) artaraq 211,6 milyon manata çatıb.
Əksinə, Mərkəzi idarəetmə orqanlarının vəsaitləri tamamilə sıfırlanıb, digər öhdəliklər isə illik 14,0 milyon manat (6,6%) artsa da, ilin əvvəlinə nəzərən 4,9 milyon manat (2,3%) azalıb.
Xatırladaq ki, BOKT-ların cəmi öhdəlikləri bu ilin iyulun 1-nə 512,5 milyon manat, ötən ilin sonunda 536,9 milyon manat, 2024-cü ilin iyulun 1-nə isə 479,9 milyon manat təşkil edib.












