Müxtəlif səbəblərə görə banklardan kredit ala bilməyən vətəndaşlar bank olmayan kredit təşkilatlarına üz tuturlar.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az xəbər verir ki, burada vətəndaşları yüksək faizli və ağır şərtlərlə lombard kreditləri gözləyir.
Azərbaycanda dollar əmanəti alıb, manat krediti verən banklar – SİYAHI, ŞƏRTLƏR
Bank olmayan kredit təşkilatının BOKT-ların - lombard kreditlərinin şərtləri fərqlidir.
«Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Lombard krediti girov kimi qiymətli əşyalara əsaslanan kredit növüdür. Bu kredit növü ənənəvi bank sistemindən fərqli şərtlər təqdim edir – əsas girov predmeti isə qızıldır.
BOKT-ların lombard kreditlərinin şərtləri çox yükəkdir – burada 30-dan aşağı illik faiz dərəcəsi nadir haldır. Bəzi BOKT-larda bu dərəcə 48%-ə kimi yüksəlir.
Qızıl girovu ilə bağlı tələblər də fərqlidir. Bəzi BOKT-larda qızıl girovu kreditin cəmi 70%-i həcmində tələb olunsa da, digərləridə kreditin 3 qat dəyəri həcmdə qızıl tələb olunur.
FED.az BOKT-ların lombard krediti üzrə şərtləri haqqında araşdırma aparıb.
Daha detallı aşağıda təqdim etdiyimiz cədvəldə:
| BOKTLAR | İllik faiz dərəcəsi (%) | Girov qismində tələb olunub qızıl-zinət əşyalarınin dəyərləndirilməsi (%) | 
 Məbləğ 
 | Müddət | 
| Azkredit 
 
 | 27-33% | Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. | 600 – 30 000 | 3-48 | 
| Kəpəz 
 
 | 30-32% | Qızılın dəyərinin 90%-i həcmində kredit ayrılır. | 300 – 100 000 | 1-36 | 
| İdeal Kredit 
 | 24-48% | Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. | 1 000 – 200 000 | 3-36 | 
| Finoko Kredit 
 
 | 28 -30% | Qızılın dəyərinin 120%-i həcmində kredit ayrılır. | 200 – 20 000 | 1- 48 | 
| Caspian İnvest | 24-36% | Qızılın dəyərinin 70-80%-i həcmində kredit ayrılır. | 300 - 100 000 | 1 -36 | 
| Merkuri Bokt | 40-42% | Qızılın dəyərinin 70%-i həcmində kredit ayrılır. | Məbləğdə sərhədlər müəyyən olunmayıb. Qızılın dəyərindən asılı olaraq kredit təklif edilir. | 3-36 | 
| Azərbaycan Mikro Kredit | 30-48% | Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. | 100 – 30 000 | 1-36 | 
| Finex Kredit | 32-42% | Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. | 100 – 100 000 | 3-36 | 
| Brand Kredit | 21-39% | Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. | 300 – 500 000 | 3-36 | 
| Effektinvest 
 | 26-36% | Qızılın dəyərinin 120%-i həcmində kredit ayrılır. | 300 – 50 000 | 3-36 | 
| İnternational | 36% | Qızılın dəyərinin 300%-i həcmində kredit ayrılır. | 200 – 500 000 | 6-36 | 
| Regional | 33% | Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. | 300-5 000 | 3-36 | 



 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








