2025-ci ilin I rübü ərzində Azərbaycan BOKT-ları 55,7 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu illik müqayisədə 6,2 milyon manat və ya 10% çoxdur.
Bunun da 55,5 milyon manatı müştərilərə verilmiş kreditlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 61,8 milyon manat, başqa sözlə 10,1% azdır.
Faiz xərcləri (öhdəliklər üzrə) 15,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 7,7 milyon manat və ya 94% çoxdur.
Nəticədə BOKT-ların xalis faiz gəlirləri 39,8 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 13,9 milyon manat və ya 25,8% azalma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 61,9 milyon manat, faiz xərcləri 8,2 milyon manat, xalis faiz gəlirləri 53,7 milyon manata bərabər olub.
Bu dövrdə BOKT-ların qeyri-faiz gəlirləri 65,8 milyon manat, xərcləri 42,2 milyon manat, əməliyyat mənfəəti 63,4 milyon manat, mənfəət vergisi ödəmələri 1,7 milyon manata bərabər olub. Son bir il ərzində qeyri-faiz gəlirləri 48,9 milyon manat (3,9 dəfə), xərcləri 13,5 milyon manat (47,1%), əməliyyat mənfəəti 21,5 milyon manat (51,4%) artıb, mənfəət vergisi ödəmələri 5,4 milyon manat (4,2 dəfə) azalıb.
Beləliklə Azərbaycan BOKT-ları bu rübü 31,6 milyon manat xalis zərərlə başa vurublar. Lakin ötən ilin müvafiq dövründə BOKT-lar 32,9 milyon manat xalis mənfəətlə tamamlamışdı.