Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 0,7 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 8,3 milyon manat xalis mənfəətlə çıxmışdı.
Eləcə də bax: Azərbaycanda BOKT-ların qanunvericiliyinə yenidən - Baxılacaq
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 39,4 milyon manat (illik müqayisədə 4,8% az), xərcləri 28,2 milyon manat (10,1% çox), xüsusi ehtiyatlara ayırmaları 11,1 milyon manat (88,1% çox), mənfəət vergisi ödəmələri isə 0,8 milyon manat (46,7% az) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 331,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9% azdır. Bunun 240,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9% böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 2,4% azalaraq 191 milyon manata düşüb, balans kapitalı isə 1,2% artaraq 140,5 milyon manata çatıb. (Report)