Bank of America dördüncü rüb üzrə maliyyə nəticələrini açıqladıqdan sonra onun səhmləri 7% artıb.
FED.az-ın məlumatına görə, korporativ vergi dərəcələrinin aşağı düşməsindən faydalanmağa davam edən bank rekord mənfəət göstəricisi açıqlayıb.
ELƏCƏ DƏ BAX: Keçən il yaradılan şirkətlərin sayı – AÇIQLANDI
Rüblük mənfəət 3 dəfə artaraq rekord 7,3 milyard dollar səviyyəsinə qalıxıb Həmçinin bank 26 milyard dollar dəyərində səhmlərinin geri satınalınmasını elan edir. Bir səhmə düşən xalis mənfəət gözləntiləri aşaraq 0,73 dollar olub.
Qeyd edək ki, bankın bir səhminin qiyməti 28.45 dollar təşkil edir. Bankın kapitallaşması isə 275,091 milyard dollardı. 209 min işçisi olan Bank of Americanın xalis mənfəəti 18 milyard dollardan çoxdur.
Məlumat üçün bildirək ki, Bankın səhmləri ilə maraqlananlar AzFinance İnvestisiya şirkətinin 012 310 33 30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Azərbaycanlılar Amerika bankının səhmini – ALA BİLƏR
21:39
21 Yan 2019