2018-ci ilin ilk 11 ayında Türkiyədən xalça ixracı rekord həddə çatıb.
FED.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) Xalçı sektorunun rəhbəri Səlahəttin Kaplan bildirib ki, bu il xalça ixracı 5,7% artaraq 2 milyard 76 milyon dollara çatıb. Türkiyənin hədəfi bu ilin sonunadək həmin rəqəmi 2,3 milyrd dollara çatdırmaqdır.
ELƏCƏ DƏ BAX: Yerli xalçalar anbarlarda qalıb - RƏQƏMLƏR
S.Kaplan bildirib ki, Türkiyə xalçaları bütün dünyada yaxşı satılır, xüsusilə ABŞ, Avropa, Körfəz ölkələri və Orta Asiyaya aparılır. Son illər isə xalçaların Afrikaya və Uzaq Şərqi satışı artmaqdadır. Ölkədən satılan xalçaların yarıdan çoxu ABŞ və Avropa ölkələrinə gedir. Xüsusilə ABŞ-a 11 ayda 516 milyon dollarlıq xalça göndərilib: «Başqa sözlə, Türkiyədən çıxan hər 4 xalçadan biri ABŞ-a aparılır».
ELƏCƏ DƏ BAX: 12 dövlət şirkəti birlikdə 10 milyard manat – ZƏRƏR EDİB
İkinci yeri 239 milyon dollarlıq ticarətlə Səudiyyə Ərəbistanı tutur, baxmayaraq ki, ötən illə müqayisədə bu ölkəyə xalça ixracı 18% azalıb. Bu sırada sonrakı yerləri İraq (160 milyon dollar), Almaniya (92 milyon dollar), Britaniya (90 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (65 milyon dollar), Misir (61 milyon dollar), Liviya və İran (hərəyə 45 milyon dollar), İsrail (32 milyon dollar) tutur. Hansısa səbəbdən təkcə noyabrda Misirə xalça ixracı 2,5 dəfə artıb.
Ən maraqlısı odur ki, Türkiyədə istehsal edilən xalçaların 84%-i maşında toxunma, 13%-i dəzgah üzərində toxunma, 2,3%-i əldə toxunma xalı, 0,4%-i isə kilimdir. Başqa sözlə, Türkiyə təkcə bu ilin ilk 11 ayında 8,3 milyon dollarlıq kilim ixrac edib.
Kaplan bildirib ki, Türkiyə xalça istehsalçıları sağlam və problesiz müştərilərə malikdir. İxracatın böyük hissəsinin Avropa və ABŞ-a getməsi böyük üstünlükdür. Amma xalça istehsalçılarının bəzi sıxıntıları da var: «Xalça firmalarının əksəriyyəti orta şirkətlərdir və kreitlərlə işləyir. Amma son vaxtlar onların kreditlərini qaytarmasıa baxmayaraq yeni kreditlərin alınmasında çətinliklərlə üzləşirlər». Qurum rəhbəri deyib ki, xalça istehsalçılara gələcəkdə bu məsələni nəzərə alacaqlar və «1-2 ildən sonra bu şirkətlərin banka ehtiyacları qalmayacaq».
Türkiyə xalça ixracından - 2 MİLYARD DOLLAR QAZANIB
20:09
5 Dek 2018