ABŞ Prezidenti Donald Tramp ölkədə CNN telekanalı ilə rəqabət apara biləcək dövlət televiziyası açmağın lazım olduğunu bildirib.
FED.az-ın məlumatına görə, D. Tramp CNN-NİN bütün dünyaya ABŞ-ın yanlış obrazını təqdim etdiyi qənaətindədir.
ELƏCƏ DƏ BAX: Trampdan qiymətə görə - TƏŞƏKKÜR
Seçkiqabağı kampaniyasının və prezident vəzifəsinin icrasına başladığı andan administrasiyasının fəaliyyətinin CNN tərəfindən mənfi təqdim olunması D. Trampı narazı salıb. Ağ Evin başçısı “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ-da “güclü səs”i, amma aşağı reytinqi olan CNN telekanalı ölkədə baş verən hadisələri dünyaya ədalətsiz və yanlış şəkildə göstərir. Tramp yazıb: “Buna qarşı nəsə etmək lazımdır. ABŞ əslində kim olduğumuzu - Qüdrətli dövlət olduğumuzu dünyaya göstərmək üçün öz ümumdünya şəbəkəsini yarada bilər”.
ABŞ-da dövlət televiziyası yoxdur. PBS yeganə ictimai kanaldır. Onun əməliyyatları fərdi xeyriyyəçilər hesabına maliyyələşdirilir. ABŞ dövləti xarici auditoriya üçün müxtəlif dillərdə yayımlar təşkil edən “Amerikanın səsi” və “Azadlıq radiosu”, habelə Kuba auditoriyası üçün verilişlər yayımlayan “Radio and Television Martí” radiostansiyalarının fəaliyyətinə müəyyən məbləğdə vəsait ayırır. Bu təşkilatlara “ABŞ-ın Yayım Məsələləri üzrə Müdirlər Şurası” nəzarət edir.
Trampdan məşhur telekanaldan qurtulmaq üçün – TƏKLİF
21:11
27 Noy 2018