Bir neçə həftə əvvəl Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev burada Fransa prezidenti Emmanuel Makron və digər siyasətçilərlə yanaşı, Fransız biznesinin elitası, böyük şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib.
Dövlət başçısının görüşdüyü şəxslərdən biri «Rothschild and Co» şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild idi. Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.
Bəs Rotşildlər kimlərdir? Fransanın bu ailəsi belə var-dövləti və nüfuzu necə əldə edib? Rotşildlər Azərbaycanda nə izlər qoyublar?
Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
Vəsiyyətə əməl edən ailə
Artıq iki yüz ildir ki, ailə, nəslin nümayəndələrinə həmişə birgə fəaliyyət göstərməyi, ailə müəssisəsini yalnız kişi xətti üzrə qohumlara etibar etməyi və işlərdə məxfiliyə riayət etməyi tapşırmış nəslin patriarxı və banisinin vəsiyyətlərinə ciddi şəkildə əməl edir. Dünyanın qüdrətli simaları onların fəaliyyətlərinin təsiri altında formalaşıb. Konspiroloqlar əmindirlər ki, qol-budaqları Avropa və ABŞ-a yayılmış məşhur ailə şəcərəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin köməkliyi ilə dünyanın bütün maliyyə sisteminə nəzarət edir.
Eləcə də bax: Türkiyədə Cümhuriyət dövründən qalan şirkətlər – SİYAHI
Qırmızı lövhə altındakı dükan
On səkkizinci əsrin sonu - Qərbi Avropada böyük dəyişikliklər dövrüdür: Fransada inqilab və monarxiyanın devrilməsi, sənaye istehsalının yaranması, bir sıra irimiqyaslı müharibələr, siyasi təsirin tədricən mülkədarların-aristokratların əlindən çıxması, əzilən qrupların emansipasiyası. Məhz bu vaxt Rotşildlər sülaləsinin maliyyə qüdrətinin təməli qoyuldu. Sülalənin banisi Amşel Mozesin oğlu, Frankfurt-Maynda yəhudi gettosunda yaşamış Mayer Amşel hesab edilir.
Eləcə də bax: Hindli gəncin 1 milyardlıq biznesi - UGUR HEKAYƏSİ
Atası bu dərrakəli oğlanın ravvin olmasını istəyirdi, lakin Mayer dünyəvi işlərə meyl göstərirdi. Bir müddət o, Hannoverdə Oppenqeymerlərin bank evində təcrübə keçdi. Sonra, atasının qırmızı lövhənin altındakı pul xırdalayan dükanında işləməyə başladı (bu qırmızı lövhə alman dilində “Rot Schild” kimi səslənir və sonralar bu söz birləşməsi soyada çevrildi). “Həyatın nəbzini tutaraq” Mayer Amşel qədim sikkələrin və medalların alışı ilə məşğul olmağa başladı. O dövrdə alman əsilzadələri müxtəlif antik əşyaları toplamaqla məşğul idilər, buna görə də, xoşrəftar və işində dəqiq olan gənc dünyanı idarə edən şəxslərlə faydalı tanışlıqlar yaratdı və pul xırdalayan dükan banka çevrildi.
Gettoda yaşayan sərrafın oğlunun karyera sıçrayışı landqraf Qessen-Kasselski Vilhelm ilə tanışlıqdan sonra baş verdi. Ənənəvi olaraq yəhudi əsilli bankirlər alman zadəganları üçün müxtəlif maliyyə əməliyyatları ilə məşğul olurdular. Məsələn, Vyanada Qabsburqların saray bankirləri Oppenqeymerlər evinin nümayəndələri idilər, Prussiya Kralı II Böyük Fridrix” Berlinin “Efraim və oğlanları” firmasının xidmətlərindən istifadə edirdi. Himayədarlarının köməkliyi ilə rəqiblərini keçərək Mayer Amşel Vilqelmin baş saray maliyyəçisinə çevrildi.
Eləcə də bax: Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ
Hər şey ev üçün
Ailənin rifahı sürətlə yüksəlməyə başladı, böyüyən uşaqlar ailə işinə fəal şəkildə qoşulurdular. Sanki xoşbəxtliklərini tapmaq üçün oxlarını havaya atan nağıl personajları kimi Mayerin oğulları da Avropanın ən iri şəhərlərinə səpələnmişdilər: Solomon — Vyanaya, Natan — Mançesterə (sonralar o, Londona köçmüşdü), Kalman — Neapola, Yakov — Parisə. Böyük oğul Frankfurt-Maynda qaldı. Bu, bir xatirə kimi Rotşildlərin gerbində beş ox ilə və latın dilində şüar ilə təsvir edilir: Concordia, Integritas, Industria — Uyğunluq, Dürüstlük, Zəhmətsevərlik.
Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
Avropanın inkişaf etmiş ölkələrini bürüyən beynəlxalq maliyyə şəbəkəsi belə yarandı
Rəsmən rəqabət apararaq, qardaşlar hər yolla bir-birini dəstəkləyir və yazışmaları yəhudi dilində kodlaşdırmaqla aparırdılar. Nəticədə, ailə şəcərəsinin ingilis (Natan) və fransız (Yakov) qolları ən mükəmməlləri oldular və indiyə qədər də çiçəklənməkdə davam edirlər.
Övladlarının nikahına saray maliyyəçisi çox ciddi yanaşırdı: oğullar yaxşı cehizi olan qızlarla evlənirdilər, qızların ərləri də tayfaya daxil olurdular, lakin aşağı vəzifələrdə çalışırdılar. Ailə müəssisəsinin sükanı arxasında durmaq kürəkənlərə heç bir halda nəsib olmurdu. Tayfanın sərvətinə yalnız Mayer Amşelin kişi xətti nəzarət edə bilərdi. Qazanılmış pul ailədə qalmalı idi, buna görə Mayer nəsli əmiuşağı və əminəvələri ilə nikaha daxil olurdular.
Demək olar ki, bütün elita bu cür hərəkət edirdi. Məsələn, Andrey Şarıy və Yaroslav Şimov “Avstriya-Macarıstan: imperiyanın taleyi” kitabında yazırdılar: “XIX əsrin sonuna Avstriya imperatorunun ailəsi o qədər qol-budaq artmışdı ki, Qabsburqlar sülaləsinə aid qohumlar arasında nikah bağlanması adi hala çevrilmişdi”.
Eləcə də bax: Puşkinin törəməsi necə milyardçı oldu – BİZNES TARİXİ
1895-ci ildə taxtın varisi olmuş Avstriya-Macarıstanın ershersoqu Frans Ferdinand buna görə qəzəblənirdi: "Ailəmizdə kimsə kənardan aşiq olarsa, şəcərədə bu nikaha mane olacaq hökmən bir cəfəngiyat ortaya çıxacaq. Buna görədir ki, bizdə ər və arvadlar iyirmi-qat qohumlardır. Nəticədə, uşaqların yarısı — axmaq və ya tam gicbəsərlərdən ibarətdir".
Rotşildlər yalnız iudaizm tərəfdarları ilə nikah bağlayırdılar və “Avropa kral soyadının” şöhrətini qazanırdılar. Mayer Amşel tərəfindən qurulmuş qaydalar 200 il boyunca dəyişməz qalırdı, yalnız 1970-ci illərdə Devid Rene, Rotşildlərin fransız budağının nümayəndəsi, katolik olan italyan aristokratı Olimpiya Aldobrandin ilə evlənmişdi. Qızlarını katolik dində, lakin ailə işinin gələcək varisi yeganə oğulları Aleksandrı isə iudaizm dinində tərbiyə etmişdilər. Həmçinin, 2010-cu ildə Rotşildlər ilk dəfə olaraq nəsillərindən olmayan britaniyalı Naydjel Hiqqinsi NM Rothschild investisiya bankının icraçı direktoru vəzifəsinə təyin etdilər. Düzdür, Hiqqins onlar üçün o qədər də yad adam deyildi, bu vəzifəyə təyin olunmazdan qabaq, o əsrin dörddə biri qədər bu ailəyə xidmət göstərmişdi.
Eləcə də bax: Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ
Müharibənin düşərli olması
Müharibə olmasa idi, Rotşildlər yerli yarlılar səviyyəsində qalacaqdılar. 1806-cı ildə fransızların imperatoru I Napoleon Almaniyaya hücum etdi. Landqraf Vilgelm işləri saray bankirinin öhdəsinə buraxaraq ölkədən qaçdı. Məhz bu vaxt Mayerin Dumanlı Albion tərəfə buraxdığı ox onun köməyinə çatdı. Oğlu Natan Mançesterdə parça ticarətini dərhal dayandırdı və Londonda birja işbazına çevrildi.
Fransızlar Vilgelmin qızıllarının bir hissəsini müsadirə etdilər, lakin şefinin əsas kapitalını böyük-Rotşild Natanın qiymətli kağızlarla apardığı əməliyyatlar sayəsində İngiltərəyə köçürməyə müvəffəq oldu. Sevindirici hal idi ki, landqraf saray bankirlərinə simvolik komissiya ilə öz sənədlərinin idarə edilməsi hüququ vermişdi, Natan isə Britaniyanın dövlət istiqraz vərəqələrinin alqı-satışıyla məşğul olmağa başlamışdı. Bununla da, Rotşildlər ilk Avropa milyonçuları oldular və Böyük Britaniyanın Napoleona qarşı apardığı müharibələri maliyyələşdirdilər. Onların parlaq əməliyyatlarından biri — İspaniyada Vellinqton ordusu üçün qızılın göndərilməsi olmuşdur.
19 sentyabr 1812-ci ildə aparılan döyüşlərdən yorulmuş general-feldmarşal knyaz Qolenişev-Kutuzovun komandanlığı altında rus ordusu Podolska geri çəkilirdi. Həmin gün Frankfurt-Maynda Yəhudi gettosundakı evində Rotşild Mayer Amşel evinin banisi yetmiş yaşında vəfat etdi, lakin təməlini oyduğu iş yaşayır və inkişaf edirdi —Rotşild qardaşlarının sərvəti və nüfuzu verdikləri kredit məbləğləri sayəsində artırdı.
Belə bir əfsanə gəzir ki, Natan Vaterloo döyüşündə Napoleon üzərində qələbə barədə Londonda hamıdan qabaq xəbər tutub, lakin üzündə kədərli ifadə ilə birjaya gəlib və dövlət istiqrazlarını satmağa başlayıb. Bunu görən birja brokerləri ingilislərin və onun müttəfiqlərinin məğlub olduqları qənaətinə gəliblər və qiymətli kağızları sataraq, onlardan dəyər-dəyməzinə canlarını qurtarmağa başlayıblar. Bunu qıraqdan izləyən hiyləgər Natanın agentləri dövlət istiqrazlarını ucuz qiymətə alıblar. Nəticədə, London Rotşildi bu əməliyyatdan 40 milyon funt sterlinq qazanıb. Lakin, bəzi tədqiqatçılar bu məlumatı inkar edirlər və Natanın qiymətli kağızları Vaterloo döyüşündən qabaq məğlubiyyətin hökm sürdüyü dövrdə aldığını qeyd edirlər.
Napoleon müharibələrindən sonra Avropada bərqərar olmuş sülh şəraiti də ailənin rifahının yaxşılaşmasına imkan yaratdı — müharibə nəticəsində müflis olmuş ölkələrə bərpa üçün kreditlər lazım idi. Minnətdar monarxlar-qaliblər qardaş-bankirlərə zadəganlıq titulu verdilər, Avstriya imperatoru II Frans isə Rotşildlərə baron titulunu verdi. Napoleon Avropanı silah və toplarla fəth etməyə çalışırdı, lakin uduzdu. Qədim dünya bank ailəsinin veksel və kreditlərinə tabe oldu.
Eləcə də bax: Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX
Dünyanın o biri üzü
On doqquzuncu yüzillik Rotşildlərin qızıl əsri idi. Avropa, və onunla birlikdə bütün dünya sürətlə dəyişirdi, Rotşildlərin bank şəbəkəsi sənaye müəssisələrinin, dəmir yollarının tikintisini, Süveyş kanalının Böyük Britaniya tərəfindən alınmasını, Rusiya imperiyasında (indiki Azərbaycanın ərazisində) neft yataqlarının işlənməsini maliyyələşdirirdi.
Rotşildlər Cənubi Afrikada almaz və qızılın axtarışında De Beers şirkətinin tərəfdaşı idilər. Onları hərbi münaqişələrə kömək etməkdə ittiham edirlər, məsələn, Paraqvayla Braziliyanın, Argentinanın və Uruqvayın dağıdıcı müharibəsi. Mayer Amşelin çoxsaylı nəsilləri cah-calalla və incəsənətlə, sarayların tikintisi və xeyriyyəçiliklə məşğul olmuşlar. Lakin, əsrin sonuna ailənin şöhrəti sönməyə başladı. Ola bilsin ki, onların özləri bunu istədilər, axı pul, məlum olduğu kimi, sakitliyi sevir, sol və sağ publisistlər isə bəşəriyyətin bütün bədbəxtliklərində bankirləri ittiham edirdilər.
İyirminci əsrdə Rotşildlər strukturları birləşmə və sahibolma üzrə irimiqyaslı sazişlərdə ixtisaslaşdırılmağa başladılar. Konspirasiya nəzəriyyəsinin tərəfdarları Rotşildləri Federal ehtiyat sisteminin (FES) sələfi olan Birləşmiş Ştatların İlk bankının ideoloji ilhamvericisi hesab edirlər. Sülaləni sistemin real sahiblərinin sırasına daxil edirlər. FES rəsmən ABŞ Konqresi tərəfindən təsdiq edilmiş, lakin özəl şirkətlər kimi təşkil edilmiş 12 federal ehtiyat banka məxsusdur.
Eləcə də bax: Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
Rotşildlər Bakıda
Rotşildlər Azərbaycana məşhur «neft bumu» dövründə - XIX əsrin 80-ci illərində gəliblər. 1883-cü il mayın 16-da «Rotşild qardaşları» bank evi Bakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca «Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis edir. Bu şirkətə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zəngin olan 19 desyatin torpaq sahəsi, habelə kerosin zavodu daxil idi. Dərhal aktiv fəaliyyətə başlayan şirkət tezliklə 135 xırda və orta müəssisədən Rusiyanın ucqarlarına və xarici ölkələrə göndərmək üçün əlverişli şərtlərlə kerosin alaraq öz əhatə dairəsini genişləndirir.
Rotşildlər müəssisələrdən kerosini sərfəli şərtlərlə alırdılar, ona görə də əgər 1884-cü ildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln. pud olmuşdursa, 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.
«Xəzər – Qara dəniz cəmiyyəti»nin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Rotşildin oğlu idi. Fransa kralı Lui-Filip hökumətə göstərdiyi xidmətlərə görə Ceyms Rotşildi “Fəxri legion” zabiti elan etmişdi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur. Fransa 1871-ci ildə Prussiya ilə müharibədə məğlub olandan sonra onun təzminatını məhz A.Rotşildin ödədiyini, bununla da Adolf Tyeri Fransa hökumətinin başında məhz onun saxladığını qeyd etmək kifayətdir.
Eləcə də bax: Məşhur fırıldaqçı Frank Abangnala – BİZNES TARİXİ
Qafqazda ilk boru kəməri
Çar hökuməti də A.Rotşildin vasitəsilə Fransada bir sıra istiqrazlar buraxdırırdı. Belə ki, Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılıb. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququ əldə etdi. Bu dəmir yolu Rusiya nefti üçün Qərbə yol açmaqla yanaşı, dünya neft bazarları uğrunda uzun (təxminən 30 il) və amansız mübarizənin təməlini qoyub. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmir yolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınıb.
Zaqafqaziya dəmir yolu salındıqdan sonra isə Bakı–Batum neft kəməri ideyası ortaya çıxdı. Xəzər-Qara dəniz boru kəmərinin tikintisi ideyasını amerikalı Herbert Tvedl ortaya atmışdı. Məşhur milyonçular H.Z.Tağıyev, İ.P.İlimov və S.İ.Bağırovla birlikdə A.Rotşild də bu ideyanı dəstəklədi. Belə ki, A.Rotşild bu məqsədlə Lion kredit cəmiyyətinin Peterburq şöbəsinin 4%-li daxili istiqraz kağızlarına 1mln. rubl yatıraraq tikintinin layihəsinin hazırlanması üzrə görkəmli alim mühəndis V.Q.Şuxovun işlərini maliyyələşdirib.
Nəticədə diametri 200 mm, uzunluğu 885 km olan və 16 nasos stansiyasından ibarət, o dövr üçün ən uzun magistral boru kəməri sayılan Bakı – Batum boru kəməri 10 il ərzində tikildi. Kəmərin rəsmi açılışı 1907-ci il iyulun 24-də baş tutdu. Qəbul üzrə hökumət komissiyası kəmərin inşasında fəal iştirakına görə Rotşildə minnətdarlıq bildirib. Bu kəməri əhəmiyyətinə görə, Parisdəki Eyfel qülləsi və Rusiyadakı Transsibir dəmir yolu ilə müqayisə edirdilər.
Daxili bazarı fəth etməyə can atan A.Rotşild Volqa boyu şəhərlərdə – Nijni Novqorodda, Samarada, Saritsında, Həştərxanda,həmçinin Baltikyanı, Belorus və Polşa kimi ölkələrdə “Xəzər – Qaradəniz cəmiyyəti”nin kontorlarını açırdı. A.Rotşildin təsis etdiyi “Mazut” şirkəti bu regionlara neft məhsulları daşıyırdı. 1898-ci ildə “Mazut” təkcə Xəzər dənizində 13 tankeri olan nəhəng daşıma şirkətinə çevrilmişdi.
Əgər 1883-cü ildə A.Rotşildin ilkin kapitalı 1,5 mln. rubl olmuşdusa, 1912–1913-cü illərdə bu kapital 10 mln. rublu keçmişdi.
A.Rotşildin şirkətinin uğurlu fəaliyyəti Bakıya fransız kapitalı ilə yanaşı, ingilis kapitalını (C.Vişau və b.) da cəlb etdi.
A.Rotşild ömrünün son günlərinədək Bakı neft biznesini öz nəzarəti altında saxlayıb. Vəfatından sonra isə Bakı ilə bağlı işlərlə onun kiçik qardaşı baron Edmont məşğul olmağa başladı.
Eləcə də bax: Təhsilini yarıda saxlayaraq milyarder olan iş adamları - Foto
Sovetlərin gəlişindən əvvəl "aradan çıxdılar"
Sovet hakimiyyəti qurulanda Bakı kommunasının 2 iyun1918-ci il tarixli dekreti ilə «Xəzər-Qara dəniz cəmiyyəti» və «Mazut» şirkətləri milliləşdirildi. Amma bunun Rotşildlərə ziyanı olmadı. Çünki onlar hələ 1912-ci ildə Rusiyadakı neft müəssisələrini «Royal Datç Şell» ingilis-holland trestinə sataraq əvəzində «Şell» şirkətinin sanballı səhm paketini əldə etmişdilər. Rotşildlər «Şell» firmasının Parisdəki bank müəssisəsinin də sahibinə çevrilmişdilər. I Dünya müharibəsinin başlayacağını vaxtında duyan Rotşildlər ehtiyatlı tərpənərək Oktyabr inqilabına bir neçə il qalmış bu bazarı tərk etdilər.
Rotşildlər Bakıda xeyriyyə və tikinti işləri ilə də məşğul olublar. Şirkətin pulu ilə Kaspiysk (indiki R.Behbudov) küçəsində tikilmiş sinaqoqun nəzdində pulsuz təhsil verən kişi və qadın texniki sənət məktəbləri, həmçinin şənbə günləri axşam sinifləri fəaliyyət göstərirdi. Hazırda bu binada R.Behbudov adına Mahnı Teatrı yerləşir.
Rotşildlər Bakıda - Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin gözəl binaların inşasına böyük vəsaitlər xərcləyiblər. Hazırda həmin binalardan birində Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir. Vaxtilə mühəndis N.A. fon der Nonnenin inşa etdiyi bu bina de Burun imarəti olub. “Xəzər – Qara dəniz cəmiyyəti”nin baş kontorunun binasını isə 1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib. İndi həmin binada Respublika Baş Prokurorluğu fəaliyyət göstərir.
Vəsiyyətin icra edilməsi – yeni nəsil gəlir
Bakıdan sonrakı dövrdə Rotşildlərin biznesi çox genişlənib. Bu ilin 17 may tarixindən isə «Rothschild & Co» bankına Rotşildlər sülaləsinin yeddinci nəslinin nümayəndəsi – 37 yaşlı Aleksandr de Rotşild rəhbərlik edir. Aleksandr Rotşild – «Rothschild & Co»nun bankının hazırkı rəhbəri 75 yaşlı Devid Renenin yeganə oğlu və Rotşildlər şəcərəsinin fransız budağının banisi - Yakovun birbaşa nəslindədir. Parisdə xarici ticarət üzrə Ali məktəbi (ESCE International Business School) bitirdikdən sonra Aleksandr Nyu-Yorkda Bear Stearns bankında, həmçinin Londonda Argan Capital investisiya şirkətində təcrübə keçib. O, ailə biznesinə 2008-ci ildə qoşulub, dörd il əvvəl Rothschild & Co bankının ikinci şəxsi olub - direktorlar şurasının sədr müavini, yəni atası Devid-in müavini vəzifəsində çalışıb.
Ailədə dəyişiklik
Aleksandr rəsmən şirkətin sükanı arxasına keçdikdən sonra, Devid müşahidə şurasının sədri olaraq ona nəzarət edəcək. Le Monde qəzeti Rotşild nəsillərinin dəyişməsini bu cür şərh edir: "Uğur, bir az bilik həmişə ailədə əsas olmuşdur: karyerasının sonuna hər bir Rotşild həmişə ailənin ən yaxşı üzvünü seçərək öz yerinə təyin edirdi. Əgər bu cür şəxsi tapmaq mümkün olmurdursa, pisi seçmirdilər. Çünki əsas məsələ, işi yerinə yetirmək bacarığıdır".
Devid Rene Rotşild 40 ildən artıq ailə biznesini idarə etmiş, onun rəhbərliyi altında 2007-ci ildə Rotşildlər tayfanın Britaniya və fransız budaqlarını birləşdirmişlər. İndi dünyanın 40 ölkəsində 3,5 mindən artıq maliyyəçi özəl kapitalın idarə edilməsi, konsaltinq və kommersiya bankçılığı üzrə xidmət göstərərək bu ailə üçün işləyir. Rothschild & Co maliyyə holdinqinin 48 faizi Rotşild ailələrinin üzvlərinə məxsusdur, və 10,3 faiz səhm Rotşildlərə yaxın ailələrə və ya tərəfdaşlara məxsusdur, yerdə qalan səhmlər isə birjada satılır. Şirkətin kapitallaşdırması 2,4 milyard avro təşkil edir, 2017-ci ildə gəlir - 1,9 milyard avro, xalis mənfəət - 247 milyon avro olub.
Dünyada tayı-bərabəri olmayan sülalə həmrəyliyi
Rotşildlər şirkətinin idarəçiliyi altında 74,8 milyard avro məbləğində aktiv mövcuddur. Reuters-in məlumatına görə, Rotşildlər birləşmə və sahibolma üzrə sazişlərin maliyyə konsultantları arasında dünya reytinqində 12-ci yeri tuturlar - bu bazarın altı faizdən çoxu onlara məxsusdur. 2017-ci ildə ailənin nəzarəti altında olan strukturların iştirakı ilə 181 milyard dollar məbləğində 363 saziş bağlanıb.
Rotşildlər tayfasının gücü yalnız onun ayrı-ayrı nümayəndələrinin mükəmməl bacarığa malik olmalarında deyil, həmçinin sülalə həmrəyliyində, öhdəliklərin birmənalı şəkildə nəsildən-nəslə ötürülməsində və bacarıqlı işçilərin seçilməsindədir.
Ailə tənqidçiləri bir şeydə haqlıdırlar — onların fəaliyyəti indiki dünyanın formalaşmasına təsir göstərmişdir, əgər bütün dünyaya olmasa da, maliyyə sektoruna göstərdikləri təsir danılmazdır.