Son vaxtlar Gürcüstanda ərzaq və digər gündəlik tələbat mallarının qiymətində artım qeydə alınır.
ELƏCƏ DƏ BAX: Larini lirənin taleyi gözləyir - AÇIQLAMA
FED.az-ın məlumatına görə, təkcə oktyabr ayında Gürcüstanda geyim əşyalarının qiymətlərində (pal-paltar) 3,6 faiz, ayaqqabılarda 12,6 faiz bahalaşma olub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə nəqliyyat xərcləri 0,6 faiz, alkoqollu içkilər və tütünün qiyməti 0,7 faiz, səhiyyə xərcləri isə 0,6 faiz artıb.
Ümumiyyətlə, oktyabr ayında Gürcüstanda inflyasiya 0,3 faiz təşkil edib. İllik inflyasiya isə 2,3 faiz olub.
İllik inflyasiyanın təsiri nəticəsində 2017-ci illə müqayisədə ərzaq və alkoqolsuz içkilər 0,2 faiz, alkoqollu içkilər və tütün 5,7 faiz, nəqliyyat xərcləri 6,5 faiz, səhiyyə xərcləri 6,1 faiz, kommunal xərclər isə 4,4 faiz artıb.
Qonşu ölkədə ərzaq - BAHALAŞIR
20:14
2 Noy 2018