Yazıda qeyd olunur ki, Gürcüstanda prezident seçkisinin ikinci turu dekabrın 3-də keçiriləcək. Birinci turda əsas rəqabət hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili və Georgi Vaşadze arasında getdi.
ELƏCƏ DƏ BAX: 1 milyard yoxsulu var - ƏN HÜNDÜR HEYKƏL TİKİB (VİDEO)
n cəmi 1-2 faiz geri qaldı.Müxalifət birinci turda əsas istəyinə nail oldu. Salome Zurabişvili birinci turda prezident seçilə bilmədi. O 40 faizə yaxın səs topladı. İkinci yeri tutan Georgi Vaşadze isə onda
Salome Zurabişvilini hakim “Gürcü arzusu” partiyası və hakimiyyəti idarə edən Bidzina İvanişvili dəstəkləyirdi. Yəni adminstrativ resurs Salome Zurabişvilinin tərəfində idi. Onda niyə Zurabişvili birinci turda qələbə çala bilmədi? Bunun bir neçə səbəbi var.
Birincisi, Salome Zurabişvili müsahibələrinin birində dedi ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin başlamasının səbəbkarı Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili idi. Bu açıqlama Gürcüstanda tənqid olundu. Çünki, Gürcüstan 10 ildir ki, dünyaya sübut etməyə çalışır ki, Rusiya 2008-ci ildə Gürcüstana hücum edib. Zurabişvilinin sözlərindən isə belə çıxdı ki, müharibənin səbəbkarı Gürcüstan olub. Bu açıqlama Gürcüstanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilərdi.
Salome Zurabişvili
İkincisi, Salome Zurabişlvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycanın və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Bu açıqlama Gürcüstan azərbaycanlılarının qəzəbinə səbəb oldu. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti prezident seçkisinin birinci turunda Georgi Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Azərbaycanlıların səsi həlledici oldu. Azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs versəydi, o elə birinci turda prezident seçilərdi.
Üçüncüsü, gürcülərin bir hissəsi keçmiş prezident Mixail Saakaşvilini Gürcüstana qayıtmasını istəyir. Ona görə də gürcülərin bir hissəsi Georgi Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Hər ikisi Mixail Saakaşvilinin tərəfdarıdır.
Beləliklə, Georgi Vaşadzenin ikinci turda prezident seçilməsi şansı yüksəkdir. Çünki prezidentliyə bütün müxalifət namizədləri ikinci turda tərəfdarlarını Georgi Vaşadzeyə dəstək verməyə çağırıblar. Üçüncü yeri tutan David Bakradze birinci turda 10 faiz səs topladı. Bu səslərin bir hissəsi ikinci turda Georgi Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq.
Bu arada, iki sual da səsləndirilir:
Birinci sual: Georgi Vaşadze prezident seçilərsə Mixail Saakaşvili Gürcüstana qayıdacaqmı?
İkinci sual: Georgi Vaşadzenin qələbəsində sonra Gürcüstanda erkən parlament seçkiləri keçirilə bilərmi?
Georgi Vaşadze prezident seçilərsə Mixail Saakaşvilini geri qayıdışı mümkündür. Ancaq Gürcüstanda parlament və baş nazirin səlahiyyətləri prezidentdən yüksəkdir. Ona görə də prokurorluq Mixail Saakaşvilini həbs etməyə çalışacaq. Ona görə də hətta Vaşadze prezident seçilərsə Saakaşvilini geri qayıdışı risklidir. Buna baxmayaraq, Mixail Saakaşvili dəfələrlə sübut edib ki, o qorxaq siyasətçi deyil və mübarizəyə hazırdır. Ona görə də də Saakaşvili Vaşadzenin qələbəsində sonra Gürcüstana qayıda bilər.
Georgi Vaşadze
Georgi Vaşadzenin ikinci turda prezident seçilməsi o demək olacaq ki, gürcülərin hakim partiyaya və Bidzina İvanişviliyə dəstəyi azalıb. Bu baxımdan Vaşadzenin qələbəsi Gürcüstanda erkən parlament seçkisini də aktuallaşdıra bilər.
Georgi Vaşadzenin prezident seçilməsi Azərbaycanın da maraqlarına cavab verir. Georgi Vaşadze və David Bakradze seçki kampaniyası zamanı dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər. Vaşadze və Bakradze Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verirlər. Digər tərəfdən Vaşadze və Bakradzenin Saakaşvili tərəfdarı olmaları da Azərbaycan üçün faydalıdır. Çünki, Azərbaycan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin Mixail Saakaşviliyə simpatiyası var. Mixail Saakaşvili Gürcüstan prezidenti olduğu illərdə Azərbaycanla strateji münasibətlər qurmuşdu, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə məşğul idi. Azərbaycanda bunu unutmayıblar.
Buna baxmayaraq, Gürcüstanda prezident Salome Zubarişvili seçilsə də Gürcüstan-Azərbaycan münasibətlərində problem olmayacaq. Gürcüstanın Azərbaycana ehtiyacı var. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir.