“Apple” şirkətinin qurucularından biri olan Stiv Jobs 5 oktyabr 2011-ci ildə dünyasını dəyişib. Sizə 56 yaşında həyata gözlərini yuman milyarder Stiv Jobsun son məqaləsini təqdim edirik:
İş həyatında böyük uğur qazandım. Bəziləri üçün həyatım müvəffəqiyyətin simvoludur, amma işdən kənarda az sevinc yaşadım. Sonda mənim zənginliyim həyatımda alışmış olduğum tək gerçəklik idi. Ölümlə qarşılaşdığım bu anda yatağımda yatarkən və gözlərimdə həyatımı canlandırdığımda fərqinə vardım ki, mənim bilinməyim və sərvətim ölüm qarşısında nə qədər də mənasızdır.
Avtomobili idarə etmək üçün, sizə pul qazandırması üçün kimisə işə götürə bilərsiniz, ancaq xəstəliyinizi daşımaq üçün kimisə işə cəlb edə bilməzsiniz. İtirilən maddi şeylər tapıla bilinər, ya da yerinə başqası qoyular. Lakin itirildiyində olmayacaq, ya da yeri dolmayacak tək şey var o da "Həyat". Bu an həyatınızın hansı səhnəsində olsanız olun, zamanla o səhnə pərdəsinin bağlanması ilə üzləşəcəksiz.
Ailənizə, həyat yoldaşınıza, dostlarınıza çox dəyər verin və sevin. Özünüzə yaxşı davranın və insanları qiymətləndirin. Yaşlandıqca və ümid edirəm ağıllandıqca fərqinə varırsız ki, 300 dollarlıq saat da, 30 dollar saat da eyni zamanı göstərir. Anlayırsınız ki, daxili rahatlıq bu cür şeylərlə əldə edilə bilməz. İstər “first class”, istərsə də “Ekonom” uçun. Bilin ki, təyyarə düşsə, siz də düşəcəksiniz.
Ona görə də ümid edirəm ki, bunu başa düşəcəksiniz: Qəhqəhə atdığınız, söhbət etdiyiniz, mahnılar oxuduğunuz, şimaldan, cənubdan, şərqdən, qərbdən, cənnətdən və dünyadan danışdığınız tanışlarınız, dostlarınız, köhnə dostlarınız, qardaşınız, bacınız varsa, bilin ki gerçək xoşbəxtlik budur.
Uşaqlarınızı zəngin olması üçün öyrətməyin, onların xoşbəxt olmaları üçün öyrədin. Beləliklə, böyüdükdə onlar hər şeyin qiymətini deyil, dəyərini bilirlər.
Yeməyinizi dərmanınız kimi yeyin, yoxsa dərmanı yemək yerinə yeyərsiniz.
Sizi sevən bir insan sizi heç vaxt tərk etməyəcəkdir. Ayrılmaq üçün yüzlərlə səbəbi sayırsa, mütləq qalmaq üçün bir səbəb tapacaqdır. İnsan və insan ola bilmək arasında çox böyük bir fərq var və bunu anlayan çox az insan var. Siz dünyaya gəldiyiniz zaman sevildiniz və öləndə də seviləcəksiniz. Bu arada qalan zamanda uğur qazanmalısınız.
Həyatda ən yaxşı altı həkim günəş işığı, istirahət, məşq, sağlam yemək, özünə inam və yoldaşlardır. Həyatınızın hər bir mərhələsində özünüzü qoruyun və sağlam həyatdan zövq alın.