“Finex Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 141 min manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən təxminən 3,9 dəfə çoxdur.
Ötən il “Finex Kredit”in gəlirləri 1 milyon 385 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 386 min manat, qeyri-faiz zərəri isə 0,001 milyon manat, xərcləri 1 milyon 190 min manat, o cümlədən faiz xərcləri 583 min manat, qeyri-faiz xərcləri 606 min manat, xüsusi ehtiyatlara ayırmaları 18 min manat, mənfəət vergisi ödəmələri isə 35 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 6 milyon 984 min manat olub ki, bu da illik müqayisədə 84,4% çoxdur. Bunun 6 milyon 57 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 69,5% böyüyüb.
Hesabat dövründə “Finex Kredit"in öhdəlikləri 2 dəfə artaraq 6 milyon 11 min manata, balans kapitalı isə 16,95% artaraq 973 min manata çatıb (renkinq).
Eləcə də bax: Gəlirləri 7,5 dəfə, kredit portfeli 6,7 dəfə artıb – MƏNFƏƏTDƏDİR – HESABAT