Türkiyə hökuməti bir neçə ildir ki, gözlənilən yeni meqa layihənin başlandığını elan edib.
Söhbət Bosfor və Dardanel boğazlarına paralel olaraq yaradılan «yeni boğaz» keçidi – Kanal istanbul layihəsindən gedir.
FED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan artıq bir neçə ildir ki, müzakirə edilən Kanal İstanbul layihəsinin tikintisinə başlanması tarixini açıqlayıb.
Eləcə də bax: İki okeanın araslnda - Amerikanı yarı bölən – PANAMA KANALININ TARİXİ
Mayın 29-da İstanbulun fəth edilməsinin 568-ci il dönümünə həsr olunan tədbirdə Türkiyə prezidenti elan edib ki, Kanal İstanbulun inşasına iyunun sonundan start veriləcək.
«İnşallah iyunun son həftəsində Kanal İstanbulun təməli atılacaq. Kanalın hər tərəfində iki şəhər inşa ediləcək, üzərində 6 körpü salınacaq. İstanbul bu iki şəhərlə tamamilə fərqli olacaq»-deyə Ərdoğan bəyan edib.
Eləcə də bax: Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Plana görə, Bosfor və Dardanel boğazlarına paralel çəkiləcək yeni kanal Qara Dəniz və Mərmərə dənizlərni birləşdirəcək. Bununla da həmin boğazların yükünü yüngüləşdirəcək və burada gəmi sıxlığını azaldacaq.
Xatırladvq ki, Bosfor və Dardanel boğazlarının ümumi uzunluğu 35 kilometr, buraxılış gücü gündə 120 gəmi təşkil edir.
Yeni tikilməsi nəzərdə tutulan Kanal İstanbul isə boğazlardan qərbdə, şəhərin Avropa hissəsində yerləşəcək. Kanalın uzunluğu 45 kilometr təşkil edəcək.
Kanalın genişliyi yuxarı ərazilərdə 145-150 m, aşagıda isə təxminən 125 m olacak. Kanalda suyun dərinliyinin 25 metr olması nəzərdə tutulub.
Kanal İstanbul İstanbulun iki böyük hava limanının - Atatürk Hava limanı və İstanbul hava limanının yerləşdiyi əraziləri birləşdirəcək.
Kanalı ötürmə gücü gündə 185 gəmi təşkil edəcək, Türkiyə hökumətinə gətirəcəyi gəlir ildə 8 milyard dollar təşkil edəcək. İki il əvvəl edan edilən rəqəmlərə görə, Kanal İstanbulun tikintisinə 10 milyrd dollar xərclənəcək, amma hazırda bu məbləğ bir qədər az görünür.
Türkiyə prezidenti bildirib ki, yeni kanal İstanbulun strateji əhəmiyyətini artıracaq.
Bundan başqa, yeni kanalın çəkilməsi kanal boyu ərazilərdə yeni yaşayış və sənaye-lagistika mərkəzlərnin yaranmasına səbəb olacaq. «Kanalın sahillərində iki şəhər salınacaq» deyəndə Ərdoğan bunu nəzərdə tutub. Kanalan keçəcəyi ərazilərdə torpaqlara tələbat və onların qiymətləri artacaq, həmin ərazilər inkişaf edəcək. Artıq bu proses başlayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Kanal İstanbul barədə ilk dəfə 2011-ci ildə elan edib və onu Türkiyə tarixində ən böyük layihə adlandırıb.
Yeri gəlmişkən, Ərdoğan bildirib ki, bu layihənin reallaşması bəzi başqa ölkələrin narazılığına sbəb ola bilər: «Sözsüz ki, bu meqa layihədən narahat olanar tapılacaq, amma bu bizi dayandırmayacaq».
Doğrudan da, Kanal İstanbul layihəsinin çəkilməsi 85 il bundan əvvəl – 1936-cı ildə imzalanmış Montre Konvensiyasını gündəmə gətirib. Həmin sənədə əsasən Türkiyəyə məxsus olan Bosfor və Dardanel boğazlarınan istənilən ticarət gəmisi maneəsiz keçə bilər. Yəni Türkiyə hökuməti bu gəmilərdən boğazdan keçid haqqı ala bilməz.
Eyni zamanda bu sənəd xarici öokələrin hərbi gəmilərinin də Qara Dəniz Limanlarına çıxışını qadağan edir. Sənədə əsasən xarici (yəni qara dəniz kənarı olmayan) ölkələrin hərbi gəmiləri bu boğazdan keçməklə Qara Dənizdə cəmi 21 gün qala bilər, bundan sonra ərazini tərk etməlidirlər. Məsələn bu tələbə görə, ABŞ gəmiləri Qarp dəniz hövzəsində çox dayana bilməzlər.
Türkiyə hökuməti elan edib ki, Montre sazişinini tələbləri Kanal İstanbula aid olmayacaq. Burada məsələnin iki tərəfi var – hərbi və iqtisadi. İqtisadi tərəfi ondan ibarətdir ki, Bosfor və dardanel Boğazlarından fərqli olaraq Kanal İstanbuldan keçən gəmilərdək keçid haqqı tutulacaq. Bu Türkiyəyə il ərzində milyardlarla dollar qazandıracaq.
Hərbi tərəfinə gəlincə – hələlik bvrada Türkiyənin mövqeyi məlum deyil – bu o deməkdir ki, Montre sazişinin hərbi gəmilərlə bağlı Bosfor və Dardanelə qoyduğu məhdudiyyət Kanal İstanbula şamil edilməyə bilər. Yəni, Montre sazişinə əsasən Bosfor və Dardanel boğazlarından buraxılmayan məsələn, ABŞ gəmiləri, Qara dənizə Kanal istanbulan keçməklə daxil ola bilərlər. Yeri gəlmişkən, Rusiya tərəfi bu məsələdə narahatlığını gizlətmir. Amma hələlik Türkiyə tərəfinin məsələnin hərbi tərəfi ilə bağlı mövqeyi açıqlanmayıb.