Mənzil və villalar

İstanbulda böyük ərazisi olan malikanələr - QİYMƏT

İstanbulda böyük ərazisi olan malikanələr - QİYMƏT | FED.az
09:10 25 Dekabr 2018
Qədim tarixə və strateji əhəmiyyətə malik olan Çatalca, ərazi baxımından İstanbulun ən böyük rayonudur (ilçəsidir). Çatalcanın ərazisinin 60 %-i meşəlikdir. Rayon Qara dəniz sahilindədir. Sahil uzunluğu 135 km.dir. İstanbul boğazına məsafə 55 kmdir. Cənubda Büyükçekmece, qərbdə Silivri rayonları və yenə qərbdə Tekirdağ vilayətinə (ilinə) qonşudur. Şərqdəki qonşuları - İstanbulun Avcılar, Küçükçekmece, Qaziosmanpaşa rayonlarıdır. Ərazisində qədim tarixə malik Durusu (Terkos) gölü vardır. 

Gölün sahəsi böyükdür və çox sayda balıq var. Spininqlə balıq ovuna icazə verilir. Çatalcanın bəzi yerləri dəniz səviyyəsindən 350 m yüksəklikdədir. Bəzi yerləri dağlıq və təpəlikdir. Əsasən ovalıqdir. 

Cəmi 40 kənd tipli qəsəbəsi var. Əhali 1965 ci ildə 62.000, 1985 ci ildə 117.000, 2015 ci ildə isə 20.000 nəfər olmuşdur. Əhalinin illər ərzində azalmasının səbəbi rayonun lüks bir səmtə çevrilməsidir. Bu səbəbdən torpaq sahələrinin qiyməti artdığından insanlar ərazilərini sataraq başqa rayonlara köçmüşlər. İstanbulun Avropa hissəsində yaşayan çox sayda zəngin ailənin Çatalcada çiftlikləri (fazenda tipli malikanələri) vardır. Bu ərazilərdə at, maral, ceyran, dəvə, nadir quşlar və digər çiftliklər vardır. Bu çiftliklər zənginlər tərəfindən həm yaşamaq üçün, həm də yatırım məqsədi ilə alınır. Belə ki İstanbulda bu cür çiftliklərdə toy, nişan, ad günü kimi mərasimləri keçirmək çox populyardır və çox məsrəf tələb edir. Məsələn açıq havada çiftlikdə keçiriləcək 200 nəfərlik bir nişan mərasimi hətta 10.000 dollara başa gələ bilər. İstanbulda yaşayan avropalılar, ərəblər və zəngin türk ailələri mərasimlərini bu cür çiftliklərdə keçirir. Odur ki alınan çiftlik bəzən maya dəyərini 3 ildə ödəyir.  Məhz bu baxımdan İstanbul çiftlikləri son zamanlar ərəb şeyxlərinin maraq dairəsindədir. Həm yerli, həm də əcnəbi əmlak yatırımcılar tərəfindən İstanbulda alınan torpaq ərazilərinin 50% i məhz Çatalcada yerləşir. 

ELƏCƏ DƏ BAX: Boğaz və Qız qülləsi mənzərəli villa və mənzillər, İstanbul - QİYMƏT

Türk seriallarındakı çiftlik çəkilişlərinin əksəriyyəti Çatalcada həyata keçirilmişdir. "Aşkı Memnu", "Kurtlar vadisi", "Paramparça", "Cesur ve güzel" filmləri buna misal ola bilər. Məşhur Korludağ qəsəbəsi Çatalcada, Durusu gölünə yaxın ərazidədir. Çox sayda saf qumlu çimərlikləri var. Bu çimərliklər İstanbulun ən təmiz sahil çimərlikləri sayılır. 

3 cü Boğaz körpüsünün, 3 cü hava limanının və Kuzey Marmara avtomagistral yolunun işə düşməsi Çatalcanın əhəmiyyətini xüsusilə artırdı. Bu Avropaya gedən həmin magistral yol Çatalcadan keçir. Bakıdan Avropayadək uzanacaq olan Bakı-Tiflis-Kars dəmiryolu layihəsi də Çatalcadan keçəcək. 

Çatalca İstanbulun organik məhsullar mənbəyidir. Rayonun əsas gəliri heyvandarlıq, bitkiçilik, əkinçilik və sanayedən qaynaqlanır. İstanbulda əkinə yararlı münbit torpaqların 40% -i Çatalcadadır. Burda günəbaxan, arpa, qovun, qarpız və çox sayda tərəvəz yetişdirilir. İstanbuldakı camışçılıq təsərrüfatlarının ən çox yerləşdiyi Çatalcada delikates olan - camış yağı, südü, pendiri, qaymağı da istehsal olunur. 
Trakya Azad İqtisadi Zonası Çatalcadadır.

ELƏCƏ DƏ BAX: İstanbulda Mərmərə dənizinə yaxın 3 müstəqil tripleks villa - 180 000 AVRO

Çatalcada satilan malikanələr:

12 otaqlı (3 salon, 9 yataq otağı),  2 mərtəbəli, 9 hamam/tualetli, açıq üzmə hovuzlu, kombili. Evin sahəsi - 1000 kv.m. Torpaq sahəsi 60 sot. 2011 ci ildə inşa edilib.  Tam TAPU lu. Qiyməti - 2 milyon avro

3 otaqlı, (2 salon, 1 yataq otağı),  3 mərtəbəli, 3 hamam/tualetli, kaminli. Evin sahəsi - 400 kv.m. Torpaq sahəsi 65 sot. 2008 ci ildə inşa edilib.  Arsa TAPU-lu. Qiyməti - 800 min avro

4 otaqlı, (1 salon, 3 yataq otağı),  2 mərtəbəli, 2 hamam/tualetli, kaminli. Evin sahəsi - 230 kv.m. Torpaq sahəsi 70 sot. 2013 cü ildə inşa edilib.  Tam TAPU-lu. Qiyməti - 700 min avro

3 bitişik villası olan 1,3 hektar ərazi. Hər villa 3 otaqlı, (1 salon, 2 yataq otağı),  2 mərtəbəli, 2 hamam/tualetli, kaminli. Evlərin sahəsi - 1000 kv.m. Torpaq sahəsi 1,3 hektar. 2002 ci ildə inşa edilib.  Arsa TAPU-lu. Qiyməti - 800 min avro

3 otaqlı, (1 salon, 2 yataq otağı),  1 mərtəbəli, 3 hamam/tualetli, kombili. Evin sahəsi - 500 kv.m. Torpaq sahəsi 1 hektar. 2008 ci ildə inşa edilib.  Arsa TAPU-lu. Qiyməti - 900 min avro

ELƏCƏ DƏ BAX: İstanbulun prestijli Ləvənt ərazisində lüks mənzil - 550 000 AVRO

4 otaqlı, (1 salon, 3 yataq otağı),  1 mərtəbəli, 3 hamam/tualetli, üzmə hovuzlu, kombili. Sahəsində 20 başlıq heyvan pəyəsi, 300 meyvə ağacı, çiçək yetiçdirmək üçün istixanası, 2 su quyusu, açıq və qapalı qarajı, Evin sahəsi - 500 kv.m. Torpaq sahəsi 1 hektar. 2008 ci ildə inşa edilib.  Tam TAPU-lu. Qiyməti - 900 min avro

Qara dəniz mənzərəli, 15 otaqlı, (3 salon, 12 yataq otağı),  4 mərtəbəli, 6 hamam/tualetli, 2 üzmə hovuzlu, kombili. Sahəsində heyvan pəyəsi, meyvə ağacları, artezian quyusu, çiçək yetiçdirmək üçün istixanası, açıq və qapalı qarajı, Evin sahəsi - 1000 kv.m. Torpaq sahəsi 3 hektar. 2018 ci ildə inşa edilib.  Tam TAPU-lu. Qiyməti - 4 milyon 500 min avro

Çatalca rayonunda torpaq əraziləri, malikanə, ferma, heyvandarlıq kompleksləri, kommersiya obyektləri və digər əmlak almaq istəyənlər Əlaqə: +994 55 252 41 10​  telefona müraciət etdə bilərlər. 

ELƏCƏ DƏ BAX: Edirnedə yanacaq doldurma stansiyası - 2 000 000 AVRO















Digər xəbərlər