Zimbabvedə 81 nəfərin edam edilməsi üçün cəllad axtarılır.
FED.az xəbər verir ki, "CNNTurk”ün məlumatına görə, sonuncu cəllad 2006-cı ildə pensiyaya çıxıb.
Məlumata görə, 2005-ci ildən indiyədək 81 nəfərin ölüm hökmünün icrası cəllad olmaması səbəbindən təxirə salınır.
Artıq Zimbabve Ədliyyə Nazirliyi cəllad müsabiqəsi elan edib. İş üçün 50 nəfərin müraciət etməsinə baxmayaraq, onların göstəriciləri uyğun gəlməyib. Ölüm hökmünün icrasını gözləyənlər 21 yaşdan kiçik və 70 yaşdan böyükdürlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığında da ölüm hökmlərini cəllad icra edir. Krallıqda cəlladın aylıq maaşı 400 dollardır. Bundan başqa, hər edama görə 133 dollar mükafat verilir.
Zimbabvedə aparılan araşdırma nəticəsində məlum olub ki, ölkə əhalisinin 80 faizi edam hökmünün ləğv edilməsini istəyir.