Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun istefası üçün Daxili işlər nazirinə raportla müraciət etdiyinə dair informasiya yayılıb.
FED.az-ın məlumatına görə, bu barədə bu barədə “Bizimyol.info”ya daxil olan məlumatda bildirilir.
Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bu məlumatı təkzib edib: “General Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.
Yol polisinin rəisi dəyişir?- AÇIQLAMA
19:38
25 Okt 2018