Avropa İttifaqı Komissiyası davam edən rəqabət araşdırmalarını dayandırmağın müqabilində “Visa” və “Mastercard”-ın kart ilə ödəmə əməliyyatlarındakı komissiya və mübadilə haqlarını endirməyi təklif etdiyini açıqlayıb.
ELƏCƏ DƏ BAX: Banklarda əhalinin əmanətləri azalıb
FED.az-ın məlumatına görə, “Visa” və “Mastercard” Avropa İqtisadi Zonasından kənar ölkələrin ödəmə sistemlərini istifadə edənlərdən alınan ödənişlərdə endirim etmək öhdəliyi götürüb.
Bu endirimin 5,5 il ərzində mağaza alış-verişlərində bank kartlarından əməliyyatın 0,2%-i, kredit kartlarından da 0,3% nisbətində tətbiq ediləcəyi bildirilib. Açıqlamada virtual alış-verişlərdə isə bank kartlarından 1,15 faiz, kredit kartlarından 1,5% ödəniş alınacağı qeyd edilib.
Həmin dəyişikliklərin tətbiq edilməsi halında 3-üncü ölkə kartlarına tətbiq ediləcək komissiyalar AB bank kartları ilə eyni səviyyələrə gəlmiş olacaq.
Qeyd edək ki, Aİ-də fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə nəzarət səlahiyyəti Aİ Komissiyasındadır. Komissiyası araşdırmada rəqabətə və ya antiinhisar qanunlarına zidd bir hal aşkar edərsə, firmalara yüksək cərimələr tətbiq edir.
“Visa” və “Mastercard” geri çəkildi – GÜZƏŞT OLACAQ
20:52
4 Dek 2018