Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 45,7 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 41,4% və ya 13,4 mln. ABŞ dolları artıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 32,3 mln. ABŞ dolları təşkil etmişdi.