Ukrayna prezidenti Petr Poroşenko 2020-ci il yanvarın 1-nə qədər ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların satışına qoyulan moratoriumun uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.
FED.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.
ELƏCƏ DƏ BAX: Qazaxıstanda dollar bahalaşdı – MƏRKƏZİ BANKDAN AÇIQLAMA
Ukraynada kənd təsərrüfatı təyinatlı torpaqların satışını qadağan edən qanun 14 ildir ki, qüvvədədir. Beynəlxalq Valyuta Fondu torpaq islahatı çərçivəsində Ukrayna hakimiyyətinin bu məhdudiyyəti qaldıracağını gözləyir.
Ukraynada torpaq almaq istəyənlər - GÖZLƏMƏLİ OLACAQ
21:53
4 Fev 2019