Banner

Maraqlı

Türkiyənin xalça şirkəti müflis olur – AÇIQLAMA

Türkiyənin xalça şirkəti müflis olur – AÇIQLAMA | FED.az
21:08 15 Noy 2018

Türkiyənin xalça sənayesində  əhəmiyyətli oyunçulardan olan “Angora Halı Sanayi Ve Tic. AS” şirkəti müflisləşməsini rəsmiləşdirmək üçün məhkəməyə müraciət edib.
 
ELƏCƏ DƏ BAX: Azərbaycan şirkətindən Türkiyədə - REKORD VERGİ 
 
Türk mediası xəbər verir ki, məhkəmənin qərarı ilə şirkətə bununla bağlı möhlət verilib.
 
Qeyd edək ki, xalça şirkəti müflisləşməsini Türkiyə iqtisadiyyatındakı çətinliklərin onun maliyyə durumuna ciddi təsir etməsi ilə izah edib.  Bu səbəbdən borclarının yarandığını qeyd edib. Məhkəmənin qərarı ilə şirkətə müvəqqəti razılaşma komissarı təyin edilib.
 
Qaziantepdə yerləşən “Angora Halı”ya 45 milyon TL məbləğində sərmayə yatırılıb. Məşhur markanın  xaricə ixracı ilə yanaşı Türkiyə daxilində yüzlərlə satış nöqtəsi var. Ənənəvi xalça və  kilim toxuculuğu sahəsində uzun illər apardıqları fəaliyyətlərinə bir müddət ara verən Şiveydinli ailəsi, 2001-ci ildə “Angora” markası ilə yenidən istehsala başlayıblar.
 
Xatırladaq ki, “Angora Halı”dan öncə Kurmel  ailəsinə məxsus “Saray Halı” eyni aqibəti yaşayıb. Məhkəmə bu şirkətə də möhlət verib.
 

Digər xəbərlər

Banner