Türkiyədə 2,5 milyon nəfər kredit kartı borcunu ödəyə bilmir.
FED.az-ın Türkiyə mətbuatına istinadın verdiyi məlumata görə, Türkiyədə 65 milyon 483 min 891 kredit kartı var.
ELƏCƏ DƏ BAX: Azərbaycanda kreditlərin 14,7 faizini - İKİ BANK VERİB
Şəxsi kredit kartlarına görə 102,4 milyard lirə borc var. 2018-ci ilin noyabr ayında kredit kartı borcunu ödəyə bilməyənlərin sayı 2 milyon 485 min nəfərə çatıb. Adambaşına düşən kredit kartı borcu 4 min lirədir.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan kredit kartı borcunu ödəyə bilməyənlərə Ziraat Bankı tərəfindən kredit ayrılacağını bildirib. Həmin şəxslərə 24 aylıq 1,10 faiz, 60 aylıq isə 1,20 faizlə kredit veriləcək
Türkiyədə 2,5 milyon nəfər krediti - QAYTARA BİLMİR
21:54
9 Yan 2019