Maraqlı

Süni zəkanın yaratdığı ilk rəsm əsəri hərracda yüksək qiymətə satıldı  

Süni zəkanın yaratdığı ilk rəsm əsəri hərracda yüksək qiymətə satıldı   | FED.az
08:29 29 Okt 2018
Nyu-Yorkda keçirilmiş Christie’s adlı hərracda süni zəka tərəfindən yaradılmış rəsm əsəri 432.000$ qiymətinə satılıb.

Süni zəka tərəfindən yaradılmış rəsm əsəri “Portrait of Edmond Belamy” adlanır.

Qeyd etmək lazımdır ki, bu, hərracda satılması üçün nəzərdə tutulmuş və süni zəka tərəfindən yaradılmış ilk rəsm əsəridir. İlk olaraq sözügedən rəsm əsərinin 7000-10.000$ vəsaitə satılcağı güman olunurdu. Lakin nəticədə o, 432.000$ qiymətinə satılıb.

Sözügedən rəsm əsəri Generative Adversarial Networks adlı kompüter alqoritmi vasitəsilə yaradılıb. Kompüter alqoritminin özü isə Parisin Obvious adlı incəsənət kollektivi tərəfindən yaradılıb. Alqoritmi yaratmış qrup onun daxilinə 14-20-ci əsrlər arasında yaradılmış 15.000 portret rəsmi məlumatlarını daxil edib. Alqoritm generatoru isə həmin məlumatları analiz edərək öz portret əsərini yaradıb.





technote.az

Digər xəbərlər