Banner

Maraqlı

Sosial mediada 2019-un trendləri nələr olacaq? – Mütəxəssisdən tövsiyələr

Sosial mediada 2019-un trendləri nələr olacaq? – Mütəxəssisdən tövsiyələr | FED.az
17:13 17 Dek 2018

Türkiyənin texnologiya və marketinq üzrə yazarı Funda Güleç 2018-ci ilin xülasəsi əsasında 2019-cu ilin trendlərindən yazıb.
 

“Videolar yüksəlişdədir, canlı axın əlavə dəyər..

Videoların yüksəlişi davam edir. “Cisco”nun məlumatına görə, 2021-ci ilə qədər bütün istifadə edilən internet trafikinin 82%-nin video kontentindən gələcək. Canlı yayım bütün internet istifadəçilərinin 66%-ni təşkil edir və faiz getdikcə artır.

Platformalar üzərindən istifadəyə verilən hazır təqdim edilən canlı yayım funksiyaları daha cəlbedici hala gəlir.

Canlı axın marka yaratmağa da dəstəkçi faktordur. İstifadəçilər video izləyən zaman reklamla əlaqəyə keçirlər, ancaq reklamların daha az bezdirici olmasını istəyirlər. IAB-ın məlumatına görə, Türkiyədə video reklam bazarı 50% artaraq 269,5 milyon TL-yə çatıb.

Tövsiyə: Əgər strategiyanızda video kontentlərə yer verməyə başlamısınızsa bu işlərinizə canlı yayımı da əlavə edərək, video kontenti rəngləndirə bilərsiniz. Ayda bir dəfə planlı şəkildə etdiyiniz canlı axınlar belə mövcud təsiri dəyərləndirməyinizi asanlaşdıracaq.
 

Alqoritmləri özü ilə aparan Micro influencer-lər.

Micro ve Macro influencerlər yüksəlişdədir. Texnoloji dəstəkli və daha dinamik sosial dünyamız, yeni axtarışlar, yeni terminlər, sosial məcralar tərəfindən istifadəyə verilən yeni funksiyalar ilə rənglənir. Söhbətlər gedir ki, “ınfluencer marketinq”in gücü azalır, etibarlılıq və inandırıcılığı yoxdur. Mənzərə budur ki, micro influencerlər gücünə güc qatmaqda davam edir. Micro influencer mövcud alqorimlər hesabına markalar tərəfindən yaradılan kontentdən daha yüksək “reach”ə sahibdir.

Celebrity və macro səviyyəsindəki influencerlər pərəstişkarlarından çox uzaqda dayanırlar buna görə də izləyicilərindən kifayət qədər empatiya ala bilmirlər. “Micro influencer”lər üçün isə vəziyyət müsbətə doğrudur.

Tövsiyə: Əməkdaşlıq etmək istəyiniz micro inflencerlərin sayını çox tutun. Vacib bir siyahı hazırlayın. Promo kampaniyalarınız zamanı onlar sizə daha çox insana çatmağa kömək ola bilər. Bu səbəbdən onlar ilə duyğusal əlaqə qurun və gözləntilərinizi açıq ifadə edin. Xüsusilə yadda saxlayın ki, influencerlə işləmək mükəmməldir, amma onların markanızla adaptasiya olunan insanlar olmalıdır. “Influencer” seçməmişdən öncə isə, onda axtardığınız xüsusiyyətləri siyahıya əlavə edin.
 

“Stories” və keçici kontentlərə artan maraq

Hər məcranı təsiri altına alan hekayələr – storiesə maraq artmaqdadır. “Instagram” storieslərindən istifadə sayı hələ indidən 400 milyona çatıb. “Facebook” isə istifadəçilərini daha aktiv olması üçün motivasiya edir. Əsasən, “stories” üzərindən əlaqə qurmaq, detallar təqdim etmək, duyğularını ifadə etmək, hətta bəzən istifadəçi qruplarına məxsus paylaşaraq şəxsiləşdirmək yönündə davam edir. Bu axının ən əsas hərəkətverici qüvvəsi isə millenial nəslidir.

Tövsiyə:

Kontentini şəxsiləndirmək, daha rahat əlçatanlıq daima yaxşı bir fikir olaraq parıldayacaq.
 

Xüsusi hiss etdirən canlı söhbətlər

Ötən il bir çox marka potensial müştərilərindən gələn sual və istəkləri cavablamaq üçün Facebook Messenger chatbot-larını istifadəyə verdi. Bu chatbotlar detallı hazırlandığı zaman, onlayn geridönüşlər daha yüksək olur. Canlı söhbətlər satışların ayrılmaz bir parçası halına gəldi. Əgər müştərilər söhbət yolu ilə marka ilə əlaqəyə keçirsə, alış etmələri və sadiq müştəri olma ehtimalı 4,5 dəfə yüksəkdir deməkdir. Şəxsiləşdirilmiş müştərilər özlərini daha xüsusi və dəyərli hiss edir.

Tövsiyə: Unutmayın, söhbət botunuz detallı olmalı, “Chatbot”uz hər cihaz və platformada problemsiz işləməli və verdiyi cavablarla müştərilərinizi həyəcanlandırmalı və yenidən gəlməsini təmin etməlidir.

Bu 4 faktorun 2019-un sosial media trendləri mövqeyindən önə çıxacağını düşünürəm. Növbəti 4 dəstəkçi trend başlığım isə belədir.
 

Getdikcə inkişaf edən artırılmış reallıq

İstifadəçilərin “stories” üzərindən istifadə etdiyi dovşan qulaqlar və digər effektlərin əhatə dairəsi genişlənir.

“Facebook” yaxın zamanda daha bir inkişaf etdirilmiş AR funksiyasını təqdim etmişdi. Messenger üzərindən təqdim edilən və markalara məxsus AR effektlər hələ ümumi istifadəçiyə açıq deyil, amma “reach”ə təsirinin böyük olacağı gözlənilir. Əlbəttə ki, AR texnologiyalarına bütöv keçid üçün hələ də gedəcəyimiz uzun bir yol var, amma yenilikçi işlərə başlamaq üçün də hazırlıqlı olmalıyıq.
 

Sosial reklamlar üçün yeni axtarışlar

“Facebook” bir tərəfdən sahibkarlar üçün orqanik “reach”i azaltmağa davam edir, digər tərəfdən isə həssas reklam hədəfləmə vasitələrinin bəzilərinə yeniliklər edir. Bu vasitələrdən istifadə edin, biganə qalmayın. İstifadəçilərin 53%-i daha çox video kontent görmək istəyir, buna görə də video reklamların sosial media strategiyanıza uyğun olduğuna əmin olun.
 

Cəmiyyət üsulunu taclandırma ili

İllər içində məcralar üzərindən cəmiyyət yaratdıq. Ancaq zamanla onları yaddan çıxardıq. Bəlkə bir az əvvələ dönmək olacaq, amma istifadəçilər avtomotozasiya və satışlarından beziblər. Yenilikləri yaşamaq və daim kontaktda olmaq istəyirlər. Buna görə də, sadiq və maraqlı cəmiyyətin daha çox qayğısına qalınacaq.
 

Kiçik qruplarla artan təsirlər

İnsanları qruplarınıza daxil etməyin bir çox yolu var. WhatsApp, Twitter, Facebook, Instagram qrupunuz ünsiyyət üçün lazım olan bütün funksiyaları özündə cəmləşdirib. Bu üsulla il içində dəyərləndiryiniz bəzi geri bildirişlər üzərindən “müştərilərinizin marağına səbəb olan yaradıcı promo askiya” yaratmasını istəyə bilərsiniz. Doğru yaradılan kiçik qruplar təxmin etmədiyiniz qədər hərəkətverici təsirə sahib olacaq.
 

Yazımın finalında hansı platforma inkişaf etməyi seçərsəniz seçin;

- Bütün platformalarda olun, amma bir məcranın mütəxəssisi olun;

- Yenilikləri cəsarətlə tətbiq edin;

- Bütün istifadəçi kateqoriyalarına xitab edəcək kontent yaradın;

- İstifadəçilərin vərdişlərini nəzərə alın, empatiya qurun;

- Biznesinə məxsus xüsusi həştəqdən istifadə edin və istifadəçilərinizdən bu həştəqi aktiv saxlamasını yönləndirin;

- Duyğuların qlobal ifadəsi emojilərə paylaşımlarınızda yer açın. Biznesiniz üçün xüsusi emoji seçin.

- Müştərilərinizə qulaq asın, öz hekayələrini yaratmaqları məsələsində onları cəsarətləndirin.

- Əməkdaşlarınız ən böyük hərəkətverici gücünüzdür. Onları etdiyiniz işlər daxil edin, gücünüzə güc qatın.
 

2019-cu ilin hamınıza sağlamlıq, hüzur, davamlı uğur gətirməsini ümid edirəm”.

Digər xəbərlər

Banner